Yuxarı

Suriyadan sonra növbə Liviyada: ölkə parçalanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəmmər Qəzzafinin devrilməsindən sonra Liviya bölünmək təhlükəsi ilə üzləşib.

Publika.az xəbər verir ki, inqilabdan sonra Liviyada müxtəlif siyasi qruplar arasında silahlı qarşıdurmalar səngimək bilmir. Hazırda ölkədə qəbilələr və silahlı qruplar arasında nüfuz müharibəsi gedir.

2012-ci ildə keçirilən seçkilərdə hakimiyyətə gələn Milli Quruluş Komissiyası (MQK) ilə Təmsilçilər Məclisinin qurduğu keçid hökuməti arasında ölkənin idarə edilməsi uğrunda mübarizə davam edir.

MQK paytaxt Tripoli ilə yanaşı, Misrata, Qaryan, Zliten, Sabrata və Yafran şəhərlərinə nəzarət edir. Beynəlxalq birlik legitim hökumət kimi MQK-ni tanıyır.

Lakin Təmsilçilər Məclisinin qurduğu keçid hökuməti isə ölkənin qərbindəki Benqazi, Merc, Beyda və Tobruk şəhərlərinə hakimdir.

2014-cü ildə Trablusda keçirilən Konstitusiya Məhkəməsinin qərarı ilə Təmsilçilər Məclisi legitimliyini itirib. Lakin Məclis məhkəmənin Trablusda keçirilməsini əsas gətirərək qərarı tanımaqdan imtina edir.

Liviyada iki tərəf arasındakı qarşıdurma İŞİD-in bu ölkədə nüfuzunun artmasına səbəb olub. Məlumatlara görə, İŞİD-in əlindəki Siirt şəhəri "əmirlik" elan edilib.

Siirt şəhəri devrilmiş prezident Müəmmar Qəddafinin təmsil etdiyi Kazazifə qəbiləsinin vətənidir. Hazırda orada 1500-ə qədər İŞİD döyüşçüsünün olduğu deyilir. Qərb mənbələri isə İŞİD döyüşçülərinin sayının 3 minə qədər olduğunu iddia edir.

Hazırkı situasiyaya görə ekspertlər Liviyanın faktiki bölündüyünü bildirirlər.

Qeyd edək ki, Yaxın Şərqdə daha bir ərəb ölkəsinin – Suriyanın da üç hissəyə bölünəcəyi xəbərləri dolaşır.

Dünən bağlanan atəşkəsdən sonra Qərbin Suriyanı Əsəd rejimi, İŞİD və kürdlər arasında bölüşdürəcəyi deyilir.

Tarix
2016.02.27 / 17:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla