Yuxarı

Şamaxı yolundakı sürüşmə ilə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax magistral avtomobil yolunun Ağsu aşırımına yaxın ərazisində və Şamaxının Şərədil kəndi ərazisindən keçən hissəsində baş verən torpaq sürüşməsi ilə bağlı rəsmi açıqlama verilib.

Axar.az xəbər verir ki, Azəryolservis ASC-nin mətbuat katibi Anar Nəcəfli APA-ya açıqlamasında bildirib ki, yaxın günlərdə sözügedən ərazidə bərpa işlərinə başlanılacaq:

"Həmin yolun bir hərəkət zolağı dağıldığı üçün əraziyə qırmızı lent çəkilib ki, avtomobillər həmin yerdən keçməsinlər. Nisbətən az çöküntü olan digər hərəkət zolağından isə yük avtomobillərinin hərəkətinə icazə verilmir, minik avtomobilləri isə aşağı sürətlə oradan keçib gedirlər. Hal-hazırda ərazi ciddi nəzarət altındadır. Həmin yerdə indiyədək heç bir sürüşmə qeydə alınmayıb. Hətta yeni yol çəkilərkən həmin ərazi sürüşmə zonası kimi qeydə alınmayıb. Ona yaxın ərazilərdə sürüşmə aktivliyi olan yerlər var idi və yolun yenidən qurulması zamanı sürüşmənin qarşısının alınması üçün qabaqlayıcı tədbir görülmüşdü. Amma indi çökən ərazi aktiv sürüşmə yeri kimi qeydə alınmayıb və ilk dəfədir ki, sürüşmə baş verib. Gələn həftə yolun bərpası üçün işlərə başlanılacaq və qabaqlayıcı tədbirlər görüləcək".

Qeyd edək ki, sürüşmə zonasında çatların dərinliyi 30-40, hətta bəzi yerlərdə 60 sm-ə yaxındır. 14 km-lik Ağsu aşırımı sürüşmə zonası olduğundan, yük və ağır tonnajlı avtomobillərin hərəkətinə məhdudiyyət qoyulsa da, buna riayət olunmur.

Tarix
2016.02.27 / 18:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla