Yuxarı

3861 adamın qatilinin məhkəməsi başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Almaniyada minlərlə insanın ölümündə təqsirli bilinən Osvensim ölüm düşərgəsinin keçmiş həkimi Qubert Zafkenin məhkəmə prosesi başlayır.

ANS-in məlumatına görə, Qubert Zafke 1943- cü ildə feldşer işlədiyi Osvensim əsir düşərgəsində 3861 əsirin ölümündə günahlandırılır. Məhkəmədə iki şahidin dindirilməsi gözlənilir.

Prokurorlar iddia edirlər ki, Zafke düşərgədə işlədiyi müddət ərzində kütləvi surətdə məhkumların öldürülməsində iştirak edib. Onların sözlərinə görə, SS rəhbərlərinin müalicəsi ilə birbaşa məşğul olan həkimin otağı əsirlərin yandırılması üçün aparıldığı qaz kamerasına gedən yolun üstündə yerləşirdi. Zafke əsirlərin yandırıldığı krematoriyadan qalxan tüstünü gün ərzində müşahidə edib, ona görə də əsirlərin yandırılmasından xəbərsiz ola bilməzdi.

Aprel ayında Osvinsimin daha bir keçmiş əməkdaşının, qarovulçu Raynold Qanninqin məhkəməsi gözlənilir. O təxminən 170 min əsirin öldürülməsində günahlandırılır. Məhkəmənin araşdırmalarına görə, Raynold əsirlərin bölüşdürülməsi ilə məşğul olaraq kimlərin məcburi əməyə, kimlərin isə öldürülməyə seçilməsnə şəxsən qərar verib.

Osvensim ən böyük alman-faşist həbs düşərgəsidir. O, 1940-cı ildə Krakovdan 70 km aralıda yaradılıb. Onun yaxınlığında daha 45 konslager mövcud olub ki, onlardan ən böyüyü Bjenzink düşərgəsi idi. Burada faşistlər 1.1 milyonu yəhudi olmaqla ümumilikdə 1,4 milyon insanın həyatına son qoyub. 1945-ci ilin yanvarında sağ qalan 7 min əsir Ukrayna cəbhəsinin döyüşçüləri tərəfindən azad edilib.

Tarix
2016.02.28 / 22:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla