Yuxarı

İlham Əliyev Moqerini ilə görüşdü - Foto/Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 29-da Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçi qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın dinamik inkişafından məmnunluq ifadə olundu. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının böyük əhəmiyyətə malik olduğu qeyd edildi və Maroş Şevçoviçin bu tədbirdə iştirakı məmnunluqla vurğulanıb.

Söhbət zamanı "Cənub qaz dəhlizi" layihəsinin icrasının hazırkı durumu və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 29-da Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər naziri Berat Albayrakı qəbul edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. TANAP layihəsinin cədvələ uyğun olaraq uğurla həyata keçirildiyi vurğulandı, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

***

Fevralın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini və Energetika naziri Kaxa Kaladzeni qəbul edib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında enerji layihələrinin yüksək səviyyədə həyata keçirildiyi, "Cənub" qaz dəhlizinin uğurla reallaşdırıldığı bildirilib. Ölkələrimiz arasında enerji sahəsi ilə yanaşı, digər sahələri də əhatə edən birgə layihələrin uğurla icrasından məmnunluq ifadə olundu. İki ölkənin gələcəkdə də strateji tərəfdaş kimi əməkdaşlıq edəcəyi vurğulanıb.

21:20

Fevralın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini arasında geniş tərkibdə görüş olub.

Dövlətimizin başçısı xanım Federika Moqerininin ölkəmizə səfərinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın vacib məsələlərini nəzərdən keçirmək üçün yaxşı fürsət yaratdığını bildirdi. Prezident İlham Əliyev xanım Federika Moqerininin "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən ikinci toplantısının bağlanış mərasimində iştirakına görə minnətdarlığını bildirdi. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin vacib mərhələdə olduğunu vurğulayan dövlətimizin başçısı əməkdaşlığımızın gələcək planlarının müəyyənləşdirilməsinin önəmini qeyd etdi. Əlaqələrimizi genişləndirmək, tərəfdaşlığımızın səviyyəsini yüksəltmək üçün qarşılıqlı marağın olduğunu deyən Prezident İlham Əliyev bu baxımdan yaxşı anlaşmanın mövcud olduğunu da dedi. Ötən il Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun ölkəmizə səfərinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu yaxınlarda Münxendə Avropa Komissiyasının qonşuluq siyasəti və genişləndirmə məsələləri üzrə komissarı Yohannes Hanla əməkdaşlığımızın gələcək planları ilə bağlı apardığı müzakirələrin önəmini də qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında uzunmüddətli və müxtəlif sahələri əhatə edəcək səmərəli tərəfdaşlıq əlaqələrinin qurulması üçün əməkdaşlıq formatının işlənib hazırlanacağına ümidvar olduğunu bildirdi. Xanım Federika Moqerininin "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının toplantısındakı çıxışına toxunan Prezident İlham Əliyev münaqişələrin həlli, siyasi islahatlar, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, xüsusilə regionda maliyyə təhlükəsizliyi və digər məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini dedi.

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının toplantısının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirən Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini bunu Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi. O, təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın yeni çərçivədə davam etdiriləcəyini vurğulayaraq bunun üçün möhkəm bazanın mövcud olduğunu qeyd etdi. Ölkəmizin mürəkkəb regionda yerləşdiyini deyən qonaq Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığı hər iki tərəfin maraqlarını təmin edəcək strateji səviyyəyə qaldırmağın vacibliyini vurğuladı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri geniş müzakirə edildi, əməkdaşlığımızla bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Tarix
2016.02.29 / 21:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla