Ana səhifə Planet |
Ermənistandan, habelə MDB-nin ayrı-ayrı dövlətlərindən
ABŞ-a köçən ermənilər bu ölkənin ayrı-ayrı şəhərlərini ələ
keçirməyə, bəzi əraziləri "özününküləşdirmə"yə
başlayıblar.
Publika.az xəbər
verir ki, bu məsələ ABŞ-ın bəzi elektron kütləvi informasiya
vasitələrinin müzakirə mövzusuna çevrilib.
Amerika mətbuatı dilə gəldi...
Amerika mətbuatı ermənilərin təkcə ötən əsrin 70-ci illərində
deyil, habelə son onillikdə məskunlaşdıqları bir sıra ucqar
yerlərdə erməniləşmə siyasəti həyata keçirdiklərini qabartmağa
başlayıb. Media orqanları xüsusən Ermənistandan köçən ermənilərin
Amerikanın bəzi tarixi yerlərində saxtakarlıqla məşğul olduqlarını,
habelə yerli sakinlərə qarşı aqressiv davrandıqlarını
vurğulayır.
Yerli mətbuat yazır ki, ermənilər şəhərləri əvvəlcə küçə-küçə,
sonra qəsəbə, daha sonra isə bütövlükdə ələ keçirirlər. Belə ki,
okeanın o tayından köçüb gələn arzuolunmaz sakinlər eyni küçələrdə,
prospektlərdə məskən salır, daha sonra isə əraziyə öz yaxınlarını
yerləşdirirlər.
Məlumata görə, Birləşmiş Ştatlarda erməni dilində təhsil verən
20-dən artıq orta məktəb mövcuddur.
Yeri gəlmişkən qeyd edək ki, amerikalıların belə narahatlığı üçün
müəyyən əsaslar var. Belə ki, Kaliforniya ştatında 164 min erməni
məskunlaşıb. Qeyri-rəsmi mənbələrə görə, ABŞ-da yaşayan ermənilərin
sayı 1 milyon 500 min nəfərdən çoxdur. Ermənilər Kaliforniya
ştatının Los-Anceles şəhərində özləri üçün kiçik şəhər yaradıblar.
Və toplu halda yaşadıqları şəhərə "Little Armenia" ("Kiçik
Ermənistan" – red.) adını veriblər.
Şəhər kiçik olmasına baxmayaraq, ABŞ-da məskunlaşmış ermənilərin
əsas güc mərkəzlərindən birinə çevrilib. Artıq burada 50 mindən çox
etnik erməni məskunlaşıb. Maraqlı cəhət burasındadır ki, son 10
ildə bu şəhərciyi 223 Amerika (ingilis və holland) ailəsi tərk
edib.
Ev-ev, küçə-küçə...
Özgə torpaqlarına əl uzatmağı sevən bədnam qonşularımız burada da
yerli sakinlərlə süni qarşıdurmalar yaradır, onların ərazini tərk
etmələri məqsədilə müxtəlif təxribatlara əl atırlar. Elə təkcə bunu
demək kifayətdir ki, 2004-cü ildən indiyə kimi burada yerli
sakinlərlə ABŞ-ın arzuolunmaz sakinləri arasında 8 qarşıdurma baş
verib.
Bir çoxları, o cümlədən etnoqraflar və siyasi ekspertlər bunun
sonradan köçüb gələnlərin (ermənilərin) ərazidə həyata keçirdikləri
məqsədyönlü siyasətin tərkib hissəsi olduğunu vurğulayırlar.
Təkcə "Little Armenia"da erməni dilində fəaliyyət göstərən 10
məktəb, bir neçə xəstəxana mövcuddur. Burada radio, "Horizon"
telekanalı fəaliyyət göstərir. Hətta erməni dilində çoxtirajlı
qəzet də nəşr olunur.
Ermənilərin məkrli siyasətini sübut edən daha bir məqam burada
Qarabağ adlı bir necə marketin və əyləncə mərkəzinin də mövcud
olmasıdır. Belə ki, Amerikanın arzuolunmaz sakinləri bununla tarixi
Azərbaycan torpaqlarının onlara məxsus olduğunu iddia edir və
Qarabağ adını verdikləri marketlərlə, mağazalarla təbliğat
aparırlar.
Erməni satıcıların işlədiyi satış mərkəzlərində ərzaqlarla yanaşı,
erməni mətbəxinə aid şirniyyatlar hazırlanır, "Qarabağ" kafesində
erməni yeməkləri bişirilir...
Türklər əleyhinə fəaliyyət...
Qeyd edək ki, Hollivuddakı ermənilərin Müqəddəs Karapet Apostol
erməni kilsəsi də bu istiqamətdə iş aparır. Hələ bir neçə il əvvəl
inşa edilmiş kilsə ermənilərin tez-tez toplaşdıqları məkan kimi
seçilib.
Kilsənin ətrafında "Rose and Alex Pilibos Armenian School" erməni
məktəbləri də fəaliyyət göstərir.
Onlar burada muzey və park da inşa ediblər.
Sahəsinə görə kiçik görünən "Little Armenia" şəhərciyinin
rəhbərliyinin miqyas tanımayan ambisiyalarını buradakı sakinlərin
və inzibati qurumların işçilərinin fəaliyyətləri ortaya qoyur. Belə
ki, "Little Armenia"nın sakinləri və şəhərciyin rəhbərləri ilin
demək olar bütün aylarında qondarma erməni soyqırımının tanıdılması
istiqamətində ABŞ-da iş aparır, aprelin 24-də mitinqlər,
fləş-moblar təşkil edirlər.
Amerika Erməniləri Milli Komitəsi və Amerika Erməni Assambleyasının
da fəaliyyəti öz yerində. Bu təşkilatlar ABŞ-da yaşayan türklər
əleyhinə fəaliyyət göstərir, qondarma "erməni soyqırımı"nın
tanıdılmasına çalışırlar.
Bununla yanaşı, Kaliforniya ştatında yerləşən Qlendal şəhəri də bu
ölkədə yaşayan ermənilərin qeyri-rəsmi mərkəzi hesab edilir.
Hazırda Qlendalda onminlərlə erməni məskunlaşıb...
Tarix
2016.02.29 / 17:09
|
Müəllif
Axar.az
|