Yuxarı

Rusiyanı Yaxın Şərqdə lider edən silahlar – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Suriyada müxalif qüvvələr və terrorçulara qarşı istifadə etdiyi silahlar yenidən gündəmə gəlib.

Axar.az xəbər verir ki, son aylarda Yaxın Şərqdə hərbi qüdrətini artıran Rusiya əməliyyatlar zamanı ən müasir silahlarından istifadə edir.

Rusiya Hava Qüvvələrinin Su-34 təyyarələri Suriyada aparılan əməliyyatlarda aktiv iştirak edir. Bir səfərə 4 min kilometr məsafə qət edə bilən Su-34, saatda 1600 kilometr sürətlə uçur.

Moskva 2016-cı ilin əvvəlindən etibarən yeni nəsil Su-35 S-lərini də Suriyaya göndərib.

Rusiyanın İŞİD əməliyyatlarında istifadə etdiyi silahlardan biri də Xəzər donanmasının tərkibindəki uzun mənzilli kalibr-NK raketləridir. Bu raketlər quruda 2600 kilometr uzaqlıqdakı hədəfləri vura bilir.

Hər cür hücum əməliyyatı üçün olduqca rahat olan BTR-82A1 zirehli nəqliyyat vasitəsi isə rəqəmsal sistemə malikdir.

"Tupolev Tu-160" strateji bombardman təyyarələri bir dəfəyə 14 min kilometr yol qət edə bilir. Bu təyyarələr KAB-500 idarə olunan bombaları, Kh-29L lazer idarə olunan raketləri və Kh-101 kruz mərmiləri ilə Suriyada əməliyyatlara qoşulur.

Rusiyanın "TOS-1A Buratino" sistemi Yaxın Şərqdə ən çox istifadə edilən silahdır. Xüsusilə dağlıq bölgələrdə əvəzolunmaz effekt verən sistem 6-12 saniyədə 24 raket ata bilir.

Tarix
2016.02.29 / 23:20
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla