Yuxarı

İlham Əliyev iki mühüm görüş keçirdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az-ın məlumatına görə, komitə sədri Rəşad Mahmud Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb.

Siyasi, mədəni və dini əlaqələrimizin qədim tarixə malik olduğunu vurğulayan qonaq iki ölkənin ən çətin vaxtlarda həmişə bir-birinin yanında olduğunu bildirib:

"Cənab Prezident, biz bu əlaqələrin inkişaf etdirilməsini həmişə arzulamışıq, Azərbaycan bizim ürəyimizdə yaşayır, biz bunu hər zaman sübut etmişik."

Pakistanlı qonaq ölkəmizə səfəri çərçivəsində azərbaycanlı həmkarları ilə səmərəli qarşılıqlı təmasların olacağına əminliyini bildirib.

Prezident İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseynin ölkəmizə uğurlu rəsmi səfərini, həmçinin Baş nazir Məhəmməd Nəvaz Şəriflə bu yaxınlarda Davosda keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Dövlət başçısı ölkələrimiz arasında tarixi köklərə malik olan ikitərəfli münasibətlərimizin hazırda çox uğurla inkişaf etdiyini vurğulayıb, Azərbaycan ilə Pakistanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləməsinin önəmini qeyd edib. Prezident İlham Əliyev ölkəmizin Pakistan ilə bütün sahələri əhatə edəcək ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni, hərbi və digər sahələrdə daha da inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Dövlət başçısı Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın daha da möhkəmləndirilməsi ilə bağlı müzakirələrin aparılacağına və ikitərəfli əlaqələrimizin genişləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi baxımından uğurlu olacağına əminliyini ifadə edib.

Prezident İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseynin və baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Pakistan dövlətinin başçısına və baş nazirinə çatdırmağı xahiş edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramuntu qəbul edib.

Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilməsi münasibətilə Pedro Aqramuntu təbrik edən dövlət başçısı onun yeni vəzifəyə seçildikdən az müddət sonra Azərbaycana səfər etməsini əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib.

Azərbaycanın bu təşkilatla tamhüquqlu əməkdaşlığının 15 illik bir tarixi əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının üzvü kimi müsbət inkişaf proseslərinə öz töhfəsini verməkdə davam etdiyini bildirib. Dövlət başçısı tərəfdaşlığımızın bundan sonra yeni inkişaf səviyyəsinə doğru irəliləyəcəyinə də əminliyini ifadə edib.

Bakıya səfərindən məmnunluğunu ifadə edən Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt bu vəzifəyə seçildikdən sonra ilk xarici səfərlərindən birini Azərbaycana etdiyini vurğulayaraq ölkəmizin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Hazırda bütün dünyanın, xüsusilə Avropanın müxtəlif çağırışlarla üzləşdiyini deyən Pedro Aqramunt belə bir dövrdə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunmasının önəmini qeyd edib və Azərbaycanın bəzi məsələlərin həlli baxımından mühüm ölkə olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin qarşılıqlı inam və hörmət prinsipləri əsasında daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2016.03.01 / 13:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla