Yuxarı

“Qarabağ hekayələri” Trabzonda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trabzonda "Qarabağ hekayələri"nin təqdimat və imza mərasiminə çoxlu sayda ziyalılar qatılıb.

Axar.az xəbər verir ki, millət vəkili Qənirə Paşayevanın qələmə aldığı "Qarabağ hekayələri" ("Karabağ hikayeleri") Trabzonda böyük maraqla qarşılanıb. Millət vəkili Qənirə Paşayeva və araşdırmaçı-yazar İmdad Avşarın hazırlayıb tərtib etdikləri "Qarabağ hekayələri" kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasiminə Trabzonda çoxlu sayda ziyalılar, müəllimlər, KİV və QHT təmsilçiləri qatılıb.

Trabzonda Avrasiya Universitetinin təşkil etdiyi təqdimat və imzalanma mərasimində iştirak edən ziyalı və gənclər Qarabağ mövzusu ilə bağlı kitabın Trabzonda təqdimat və imzalanmasının önəmi ilə bağlı fikirlərini bölüşüblər. Türkiyə KİV-lərinin də geniş iştirak etdiyi tədbirlərdə millət vəkili Qənirə Paşayeva kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib. "Qarabağ problemi harada doğulub, harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir" deyən millət vəkili Qənirə Paşayeva türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb və dünyanın hər yerində yaşayan insanlarımızın bu həqiqətlərin dünyaya daha geniş yayılmasında fəallıqlarının vacibliyini vurğulayıb. Q.Paşayeva tanıtım və imza mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıb və kitabları imzalayaraq tədbir iştirakçıları ilə geniş fikir mübadiləsi aparıb.

Qeyd edək ki, "Qarabağ hekayələri" kitabı XX əsrdə dünyanın gözləri önündə baş verən ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir. Kitabda Azərbaycanın bir çox tanınmış yazar, araşdırmaçı və jurnalistlərinin Qarabağla bağlı hekayələri yer alır. Kitab qardaş Türkiyədə artıq 2-ci basqı ilə nəşr edilib. Tədbirdə Cahan Holdinqin dəstəyi ilə hazırlanmış Qarabağ həqiqətləri ilə bağlı materiallar da tədbir iştirakçılarına hədiyyə edilib.

Tarix
2016.03.01 / 17:58
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla