Yuxarı

Nadir: “O sözü demişəmsə, meyitimi görün”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məncə, o insanlar özlərinə iş axtarsınlar, işverənlik, dələduzluq, saxtakarlıq və s. ilə məşğul olsunlar.

Axar.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədə şəhidlərə lənət oxuması haqda yayılan xəbərlərlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. O, belə bir şeyi yazmadığını bildirib:

"Mənim 8 yaşım olanda qonşumuz bizə pislik etmişdi, evimizin qapı-pəncərəsini qırmışdı. Atam yox idi, o işi görən kişi xeylağı idi. Mən anamın ayaqlarına düşdüm ki, qonşumuzdur, polisə vermə. O an anam dedi ki, bala, sənin bu üzüyumşaqlığın başına bəla olacaq. Amma bəzi adamlar məni məcbur edir ki, onları məhkəməyə verim. Axı Nadir sizə nə edib? Mənim yazımda bir sözü dəyişib "rəhmət"i "lənət" etmək insanlığa sığmır. Şəhidlərə nəinki lənət deyə, o haqda düşünə bilmərəm. Bu hansı insanlığa, vicdana sığar? Mən həmin xəbəri yazan saytların rəhbərləri ilə danışa bilməmişəm. Vallah, məhkəməyə verməyə utanıram. Sabah məhkəməyə çıxıb məndən üzr istəyəndə yenə utanacağam, çünki o insanın cavan və ya yaşlı olduğunu bilmirəm. Həmin adamın təzminatı mənə lazım deyil. Jurnalistlərin adına ləkə gətirən həmin şəxsi ifşa etmək istəyirəm. Məncə, o insanlar özlərinə iş axtarsınlar, işverənlik, dələduzluq, saxtakarlıq və s. ilə məşğul olsunlar. Əminəm ki, məni tanıyanlar o xəbərlərə inanmayıb. Əgər o sözü demişəmsə, iki cavan balamla meyitimi görün. Sosial şəbəkədə bu xəbərlərə inanıb insanlar məni təhqir edir".

Xatırladaq ki, ötən gün mərhum xalq artisti İlhamə Quliyeva və qulluqçusu, şəhid bacısı Mehriban Hüseynova qalmaqalına münasibət bildirən Nadirin İnstaqram səhifəsindən şəhidlərə "lənət" yazması iddia olunsa da, xəbəri yayan Big.az saytının redaktoru bunun texniki yanlışlıq olduğunu və "rəhmət" sözünün səhvən "lənət" yazıldığını bildirmişdi.

Tarix
2016.03.02 / 11:57
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla