Yuxarı

Spiker təsdiq etdi: Bu şəxslər işdən kənarlaşdırılacaq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi "Dövlət sanitariya-epidemioloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar istifadə edilən sənədlərin tərtibi və tətbiqi Qaydaları"nı təsdiq edib.

Report-un xəbərinə görə, qaydanın təsdiq edilməsi ilə bağlı müvafiq sənədi Səhiyyə naziri Oqtay Şirəliyev imzalayıb.

Bu qaydalar dövlət sanitariya nəzarəti xidməti tərəfindən qeyri-sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı qüvvədə olan sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulması hallarında məhdudlaşdırıcı tədbirlərin tərtib və tətbiq edilməsi qaydasını müəyyən edir.

Qeyri-sahibkarlıq subyektlərinə münasibətdə normativ hüquqi aktların pozulması hallarında Xidmət tərəfindən təşkilatların, ayrı-ayrı sahələrinin, otaqlarının, binalarının, qurğularının, avadanlığının, nəqliyyat vasitələrinin istismarını, eləcə də ərzaq xammalının və qida məhsullarının saxlanmasını, daşınmasını, içməli su mənbələrindən, təsərrüfat və ya sağlamlaşdırma məqsədləri üçün su mənbələrindən istifadə olunmasını zəruri tədbirlər görülənədək və normativ hüquqi aktların mövcud pozuntuları aradan qaldırılanadək dayandırılır, normativ hüquqi aktlara əməl etmək mümkün olmadıqda işə xitam verilir, yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxsləri, habelə sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxsləri işdən kənarlaşdırılır.

Şəxs məcburi göstərişləri yerinə yetirməsi və məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas olmuş pozuntuların aradan qaldırması barədə xidmətə yazılı məlumat təqdim etməlidir. Belə məlumatın təqdim edildiyi gündən 3 iş günü ərzində Xidmət pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır.

Yoxlama nəticəsində məcburi göstərişlərin yerinə yetirilmədiyi və məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda bu haqda hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib olunur, şəxsə yazılı məlumat verilməklə qərar qüvvədə qalır.

Yoxlama nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən olunduqda xidmət məhdudlaşdırıcı tədbirlərin ləğvinə yazılı razılıq verir. Məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas olmuş pozuntuların aradan qaldırılması barədə xidmətə yazılı məlumatın təqdim edildiyi gündən 5 iş günü ərzində xidmət tərəfindən yazılı məlumat verilmədikdə qərar qüvvədən düşmüş hesab edilir.

Tarix
2016.03.03 / 00:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla