Yuxarı

Ermənilər qorxur: "Gələn ay savaş başlayacaq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Komsomolskaya pravda" nəşrinin reportyoru və publisist Darya Aslamova bu günlərdə Türkiyə-Ermənistan sərhədində yerləşən Markara kəndində gördükləri haqda danışıb.

Publika.az xəbər verir ki, reportyor sərhəd kəndində yaşayan ermənilərin qorxduğunu deyib: "Ermənilər bir tərəfdən Ağrı dağına iddia edirlər. Lakin sərhəddə yaşayan insanlar qorxurlar. Ermənilər Qarabağ müharibəsini hələ də unutmayıblar və Qarabağda yeni müharibənin başlamasının özü ilə bərabər Türkiyə ilə də müharibə təhlükəsi gətirəcəyindən qorxurlar".

Onun sözlərinə görə, erməni kəndlərində rastlaşdığı insanların gözündə bir qorxu var.

"Onlar böyük güclərin toqquşmasını, yaxud Qarabağda baş verə biləcək müharibənin alovunu görmək istəmirlər. Onlar sakit yaşamaq istəyirlər", - deyə o bildirib.

Yaxın Şərq haqda təəssüratlarını da paylaşan reportyor müharibənin apreldə başlayacağını bildirib: "Artıq hər şeyin hazır olduğunu deyə bilərik. Rusiya, Türkiyə, digər tərəfdən də Səudiyyə Ərəbistanı müharibəyə hazırlaşır. Onu deyə bilərəm ki, Şərqdə müharibə apreldə başlayacaq".

Xatırladaq ki, Rusiya və ABŞ-ın razılaşması ilə fevralın 27-dən Suriyada atəşkəs elan olunsa da, İŞİD-ə qarşı mübarizə dayanmayıb.

Tarix
2016.03.03 / 00:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla