Yuxarı

Bu, İlham Əliyevin mühüm siyasi gedişidir – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin İrana son rəsmi səfəri bölgədə sayca dördüncü, yeni üçtərəfli Azərbaycan-İran-Rusiya formatının formalaşmasına təkan verdi.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. Siyasi şərhçinin sözlərinə görə, bundan əvvəlkilərdən yalnız Azərbaycan-Gürcüstan-Türkiyə formatı işləkdir:

"Üçtərəfli format konkret layihələrə və onların icrasına əsaslanır. Azərbaycan-Türkiyə-Türkmənistan, eyni zamanda, İranla Türkiyə arasında Suriya məsələsi ilə bağlı dərin fikir ayrılığı yarandığına görə Azərbaycan-İran-Türkiyə formatı hazırda işlək deyil. İlham Əliyevin İrana son rəsmi səfəri bölgədə sayca dördüncü, yeni üçtərəfli Azərbaycan-İran-Rusiya formatının formalaşmasına təkan verdi".

Politoloq qeyd edib ki, Azərbaycanın İranla dialoquna Rusiyanın qoşulması rəsmi Bakının maraqlarına cavab verir:

"Azərbaycan digər tranzit layihələrində də iştirak edir və həmin dəmiryol qovşaqlarının Rusiyadan yan keçməsi Moskvanı narahat edir. Bunun üçün rəsmi Bakı Rusiyanın iştirakı ilə Şimal-Cənub dəhlizini qısa zamanda yekunlaşdırmaq istəyir. Bu, bir növ Heydər Əliyevin 1990-cı illərdəki xarici siyasətini xatırladır. O, neftin dünya bazarlarına daşınmasında Rusiyadan yan keçən istiqamətlərə üstünlük verirdi. Ancaq Heydər Əliyev Rusiyanın narahatlığını nəzərə alaraq, Bakı-Novorosiysk boru xəttinin tikintisinə də razılıq vermişdi".

Rusiyanın yeni formatda Azərbaycanı Səudiyyə Ərəbistanı-Türkiyə koalisiyasından uzaq tutmağa çalışacağını deyən politoloq bunun Bakının xeyrinə olduğunu bildirib:

"Bakı Azərbaycan-Rusiya-İran formatı çərçivəsində Türkiyə və Səudiyyə Ərəbistanının əleyhinə çıxmaz. Azərbaycan yalnız Suriyanın ərazi bütövlüyünü dəstəkləyə bilər".

Siyasi şərhçi hesab edir ki, Azərbaycanın Rusiya ilə İran arasında sabitləşdirici rol oynaması ABŞ-a da sərf edir:

"Çünki adı çəkilən 3 ölkədən məhz Azərbaycan ABŞ-la enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edir. Azərbaycan-Rusiya-İran formatı Ankarada müəyyən suallar doğura bilər. Buna görə də Azərbaycanın yeni formatda iştirakının məramları barədə Ankara bilgiləndirilir. Bakı burada öz maraqları ilə yanaşı, Türkiyənin də maraqlarını nəzərə alacaq".

Tarix
2016.03.03 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla