Yuxarı

Nazirlikdən "rusca" qalmaqala - Reaksiya

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan bütün tədbirlər Azərbaycan dilində həyata keçirilir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimai əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov "İçərişəhər" filminin rejissoru İlqar Safatın və digərlərinin filmin təqdimat mərasimində rusca danışmasına münasibət bildirərkən deyib.

"Dünənki tədbir Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə təşkil edilib. Təbii ki, tədbir Azərbaycan dilində həyata keçirilib. Nazirliyin nümayəndəsi, aktrisa Elmira Şabanova, Mehriban Zəki, aktyor Firdovsi Atakişiyev azərbaycanca danışıb. Sadəcə, rejissor həm rusdilli olduğuna görə, həm də qonaqların əksəriyyətinin Rusiyadan gəldiyini nəzərə alaraq, rus dilində çıxış edib. Gələcəkdə bu məsələlərə də xüsusi diqqət edəcəyik. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan bütün tədbirlər Azərbaycan dilində həyata keçirilir. Nazirlik nümayəndələri bütün hallarda azərbaycanca danışırlar".

Məsələyə münasibət bildirən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, telejurnalist Qulu Məhərrəmli kiminsə rusca, ingiliscə, türkcə danışmağına xüsusi bir etiraz olmadığını, sadəcə Azərbaycan məkanında keçirilən kütləvi tədbirlərdə ana dilinin işlənməli olduğunu qeyd edib:

"Mənim hadisənin təfərrüatı barədə yalnız mediadan məlumatım var. Bu məsələlərlə bağlı onu deyə bilərəm ki, Azərbaycanda keçirilən kütləvi tədbirlərdə dövlət dilindən istifadə edilməlidir. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və rəsmi, kütləvi tədbirlərdə bu dildə danışmaq çıxışçının borcudur".

Qeyd edək ki, 30 sentyabr 2002-ci ildə Prezident Heydər Əliyev Azərbaycanın dövlət dili haqqında qanunu təsdiqləyib. Həmin qanunun 4-cü maddəsində göstərilir: "Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır".

Xatırladaq ki, dünən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan "İçərişəhər" bədii filminin təqdimatı keçirilib. Təqdimat mərasimində filmin rejissoru İlqar Safat rusca çıxış edib. Bu vaxt zalda əyləşən tamaşıçalar onun rusca çıxışına etiraz etsələr də, rejissor onlara əhəmiyyət verməyib.

Bundan sonra çıxış edən filmin ssenari müəlliflərindən biri və baş rolun ifaçısı Təhminə Rafaella da rusca çıxış edib və dilimizin müdafiəsinə qalxan tamaşaçıları təhqir edərək mədəniyyətsiz adlandırıb. Daha sonra isə rusca çıxışlara etiraz edənlərin zalı tərk etmələrini istəyib.

Tarix
2016.03.03 / 09:09
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla