Yuxarı

Rəsmi Bakı AB-nin qərarını gözləyir – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avropa Birliyi və Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ən azı beynəlxalq hüquq normalarına əsaslanan təkliflər verməsində çox maraqlıdır.

Bu fikir millət vəkili Asim Mollazadənin Axar.az-a verdiyi açıqlamada yer alıb. Deputat Avropa Birliyinin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycana səfərinə münasibət bildirib:

"Dünyanın hüququn aliliyini bəyan edən bütün ölkə və təşkilatlar bu istiqamətdə hansısa addımlar ataraq sülhün əldə olunması istiqamətində Azərbaycana dəstək verməlidirlər. Bizə təcili sülh lazımdır. Çünki hazırda Azərbaycan bölgədə dünya üçün çox mühüm olan böyük layihələri həyata keçirir. Çox istərdik ki, Avropa Birliyi Ermənistanın təcavüzkar siyasətinə qiymət versin. Rəsmi Bakı Avropa Birliyindən beynəlxalq hüquq normalarına əsaslanan qərarlar gözləyir".

Qeyd edk ki, fevralın 29-da Avropa Birliyinin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının II iclasında iştirak etmək üçün Azərbaycana səfər edib.

Tarix
2016.03.03 / 09:27
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla