Yuxarı

Bakı-Qazax avtomobil yolunda təmir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 17-ci kilometrliyində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə "Azəryolservis" ASC tərəfindən 20 metr uzunluğu və 12,5 metr enində yeni yol hissəsi salınıb.

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyətindən Axar.az-a verilən məlumatda bildirilir ki, geri dönmə üçün nəzərdə tutulan yeni yol hissəsinin tikintisi zamanı avtomobil yolunun hər iki istiqaməti üzrə təqribən 450 metrlik ərazidə 1,2 m dərinlikdə torpaq qatı çıxarılıb, yeni yol yatağının əsası hissə-hissə kipləşdirilərək, tikilib. Ümumilikdə 6 450 kv.m sahədə əsaslı tikinti işləri həyata keçirilib. Aparılan tikinti işləri zamanı 2,5 m enində çiyinlər də tikilib.

Eyni zamanda 4 750 kv.m sahəyə ikiqat olmaqla (12 sm + 6 sm) 18 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənib. Ərazidə aparılan tikinti işləri çərçivəsində mövcud avtomobil yolu 3-12,5 m enində genişləndirilib və yol ayrıcında 2 200 kv.m sahədə (800 kv.m+1 400 kv.m) iki təhlükəsizlik adacığı tikilib. Təhlükəsizlik adacıqlarının 2 200 kv.m sahəsinə yeni asfalt-beton örtüyü döşənib, kənarlarına 400 poqon metr yeni səki daşları düzülüb.

Qeyd edək ki, ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və aparılan tikinti işləri zamanı avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yol ayrıcına 270 p/m əyri-xətli dəmir tirlər quraşdırılıb. Hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Tarix
2016.03.03 / 10:16
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla