Yuxarı

AzTV-dən İlhamənin oğluna cavab

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq artisti İlhamə Quliyevanın ölümündən sonra adı ətrafında qalmaqal davam edir. Bu dəfə qalmaqal İlhamə Quliyevanın maaş kartı ətrafında yaranıb. İlhamə Quliyeva Azərbaycan Televiziya və Radio açıq Səhmdar Cəmiyyətinin səsyazma studiyasında birinci müavin olub. Bir neçə gün öncə isə onun oğulluğu Orxan Nadirov açıqlamasında əməkhaqqı kartının dondurulması ilə bağlı açıqlama verib.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəisi Xatirə Qasım Cebhe.info-ya bildirib ki, mərhum xalq artistinin əməkhaqqı kartı AzTV tərəfindən dondurulmayıb:

"O, bir müddət xəstəxanada yatdı. Biz ondan xəstəlik haqqında sənəd gözləyirdik. Lakin dünyasını dəyişdi və hal-hazırda da kartı dondurulmayıb. Onun oğulluğunun bu barədə yaydığı məlumat tamamilə yalandır".

O ki qaldı İlhamə xanımın yerinə yeni təyinata, bu məsələ hələ gündəmdə deyil:

"İmkan verək ki, 40-ı çıxsın, ondan sonra bu məsələyə baxılacaq. Biz hamımız müsəlmanıq, İslam dininə ibadət edirik. İmkan verək bir hadisələr cərəyan etsin, xəbər soyusun, ondan sonra. Hər şey sakitləşdikdən sonra təbii ki, İlhamə xanımın yerinə təyinat olacaq".

Qeyd edək ki, mərhum xalq artistinin mirası üçün qalmaqallar daha da böyüməkdədir.

Tarix
2016.03.03 / 15:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla