Yuxarı

Nazir əmr imzaladı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə naziri "2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı"nın həyata keçirilməsi barədə əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, əmrdə Səhiyyə Nazirliyinin tabeli müəssisələrinə rayon səviyyəsində peyvəndlərlə əhatə səviyyəsinin yüksək dərəcədə saxlanılması, əhali qrupları arasında peyvəndlə əhatə səviyyəsinin monitorinqinin aparılması, əhali arasında maarifləndirmə işinin aparılması, profilaktik peyvənd təqvimində poliomielitə qarşı əlavə vaksinin daxil edilməsi, immunizasiya ilə əhatənin vaxtında və tam dolğun olunmasını təmin etmək məqsədi ilə zəruri hallarda yerli səviyyədə səyyar briqadalardan istifadə olunması və s. tədbirlərin icrası nəzərdə tutulub.

Bundan başqa, əmr çərçivəsində "Elektron sağlamlıq kartı" sistemi və Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sisteminin imkanları idarə olunan xəstəliklərin təhlilində istifadə ediləcək.

Əmrdə bildirilib ki, Səhiyyə Nazirliyi yoluxucu xəstəliklərin immunoprofilaktikası sahəsində tədbirlərin icrasını davam etdirəcək.

Tarix
2016.03.03 / 15:21
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla