Yuxarı

Məscidlərə imam təyinatı ilə bağlı problem

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalanın Bəhmətli, Çökək və Car kəndlərindəki məscidlərlə bağlı problemlər yaşayırıq. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin əmri ilə oradakı imamlar imamlıqdan azad edilsələr də, yerlərinə təyinat mümkün deyil. Buna səbəb orada baş qaldıran vəhhabilik, radikalizmin olması və namizəd kimi seçdiyimiz kadrların bundan çəkinərək ora getmək istəməməsidir.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMI) Zaqatala-Balakən bölgəsi üzrə səlahiyyətli nümayəndəsi (qazısı) Hacı İbrahim İbrahimov deyib.

O bildirib ki, imamların Şeyxülislam tərəfindən azad edilməsinə səbəb həmin məscidlərdə QMİ tərəfindən tətbiq edilən dini təqvimə yox, özlərinin "Davud əfəndi" adlı təqvimlərinə istinad etmələri olub: "Şeyx də onları ötən ilin ortasında imamlıqdan azad etdi. Amma onların yerinə təyinat mümkün olmur. Çünki heç kim o kəndlərdə gedib imamlıq eləmək istəmir, çəkinirlər. Hazırda bu üç kəndin məscidi imamsızdır".

QMİ rəsmisi onu da deyib ki, bunların arasında yalnız Car məscidində dini icma qeydiyyatdan keçməyib ki, buna da səbəb həmin icmanın davamlı müraciət etməməsidir: "Hər halda qeydiyyat məsələsi ilə bağlı problemlərə biz cavabdeh deyilik. Bununla komitə məşğul olur".

Car məscidinin imam müavini Hacı Məhəmməd Qurqunayev isə bildirib ki, onların məscidində heç bir radikalizmdən söhbət gedə bilməz, camaat sakitcə ibadətini edir. Məscidin imamı Hacı Məhəmməd Vasiyevin hələ də imamlıq etdiyini deyən müavini bildirib ki, hazırda imam xəstəliyi ilə bağlı müalicə üçün Rusiyaya gedib: "Amma bizim məsciddə bu gün də ibadət davam edir və heç bir təriqətçilikdən söhbət gedə bilməz. Sadəcə QMİ bizi qəbul eləmək istəmir və bunun da səbəbini bilmirik. Bizim camaat heç kimlə ədavət aparmır. Hər kəs əməlinə görə onsuz da axirətdə cavab verəcək".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala, Balakən və Qax rayonları üzrə şöbə müdiri Mehman İsmayılov isə bildirib ki, bu vəzifəyə 2012-ci ildən təyin olunub, bu müddətdə Car məscidinin qeydiyyatı ilə bağlı ona müraciət edən olmayıb: "Onların imam məsələsində QMİ ilə nə problemləri var bilmirəm, amma qeydiyyat məsələsində hər cür dəstək verməyə hazırıq. 2009-cu ildə qanunvericilikdə məlum dəyişiklikdən sonra bütün icmalar təkrar qeydiyyatdan keçmək üçün müraciət edir. Bunlar da etməlidirlər. Amma mən olduğum müddətdə etməyiblər".

Komitə rəsmisi QMİ nümayəndəsinin qeyd olunan üç kənddəki vəhhabiliklə bağlı narahatlığı ilə razılaşmayıb: "Burda belə hal yoxdur. 2015-ci ildə o üç kəndin məscidindəki imamları Şeyxülislam imamlıqdan azad etdi. O vaxtdan həmin yerlər boşdur. Buna səbəb deyilən arqumentlər yox, sadəcə uyğun kadrların olmamasıdır. Komitə bununla bağlı QMİ-yə artıq müraciət edib, yəqin ki, yaxın vaxtlarda həll olunar. Sadəcə kadr çatışmazlığı var. Axund və imam təyinatları Azərbaycanda QMİ tərəfindən həyata keçirilir".

Tarix
2016.03.03 / 16:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla