Çexiyanın müdafiə heyəti Ermənistan MN-də
13:06
Ana səhifə Planet |
Türkiyədə polis məntəqəsinə hücum edən iki qadın terrorçu məhv edilib.
Axar.az xəbər verir ki, hücum nəticəsində ən azı 1 nəfər xəsarət alıb. Mətbuat cinayətkarların taksidə gizlənməyə cəhd etdiklərini, daha sonra isə avtomobildən qaçaraq, yaşayış evlərindən birinə daxil olduqlarını bildirib. Onları burada hüquq mühafizə orqanlarının əməkdaşları mühasirəyə alıb.
Qeyd edək ki, bundan öncə İstanbulda güclü partlayış baş verib. İki terrorçunun Bayrampaşadakı bölmələrdən birinin girişinə bir neçə qumbara atması böyük partlayışa səbəb olub. Bütün ətraf küçələr mühasirəyə alınıb. Yerli camaatın da xüsusi əməliyyat bitənə qədər evindən bayıra çıxması qadağan edilib.
Tarix
2016.03.03 / 17:05
|
Müəllif
Axar.az
|