Yuxarı

Sabiq prezidentlər Azərbaycana gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyanın sabiq prezidentləri Vayra Vike-Freyberqa və Valdis Zatlers IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya səfərə gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, martın 10-11-də Bakıda Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək forumun mövzusu "Çoxqütblü dünyaya doğru"dur.

Qeyd edək ki, V.Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədridir. 1999-2007-ci illər ərzində iki dəfə Latviya Respublikasının Prezidenti seçilən V.Vike-Freyberqa 2013, 2014 və 2015-ci illərdə Qlobal Bakı forumlarında iştirak edib. Bundan başqa, Qlobal forumlara hazırlıq məqsədilə keçirilən hazırlıq görüşlərinə qatılıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü V.Zatler isə 2007-2011-ci illərdə Latviyaya rəhbərlik edib. Sabiq prezident ötən il ölkəmizdə keçirilmiş III Qlobal Bakı Forumunda iştirak edib.

Tarix
2016.03.03 / 18:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla