Ana səhifə Gündəm |
Kommersiya məqsədilə mütəmadi olaraq Gürcüstan Respublikasına səyahət edən bir qrup Azərbaycan vətəndaşı martın 2-si saat 20:00 radələrində Gürcüstan Respublikasından Azərbaycan Respublikasına kommersiya məqsədilə gətirdikləri meyvə-tərəvəz məhsullarını Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postundan hər hansı gömrük rüsumu ödəmədən keçirməyə cəhd göstərib.
Axar.az Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, idarənin əməkdaşları qanunvericiliyin müvafiq tələbləri barədə ətraflı məlumat verərək onları qanunlara əməl etməyə çağırsalar da, həmin şəxslər əlilliklərindən istifadə edərək müxtəlif provakativ hərəkətlərə yol veriblər və asayişi pozmağa çalışıblar. Lakin gömrük orqanı əməkdaşları soyuqqanlı davranaraq onların səsləndirdikləri bütün arqumentləri dinləyib və bir daha müvafiq qanunvericiliyin tələblərini izah ediblər. Nəticədə həmin şəxslərin gətirdikləri mallar müvafiq vergi və rüsumlar dövlət büdcəsinə ödənildikdən sonra rəsmiləşdirilərək sahiblərinə təhvil verilib.
Onlara verilən gömrük mədaxil orderlərini təqdim edirik.
Tarix
2016.03.03 / 19:24
|
Müəllif
Axar.az
|