Yuxarı

Gömrük idxal və satışı müqayisə etdi - Cədvəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlər bir sıra kütləvi informasiya vasitələrində respublikaya idxal olunan bəzi malların, xüsusilə quru meyvələrin gömrük orqanlarında rəsmiləşdirildiyi qiymətlərlə həmin malların daxili bazarda faktiki satış qiymətləri arasında ciddi fərqlərin olması barədə məlumatlar yayılır.

Axar.az Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi mütəmadi olaraq daxili bazarın monitorinqini aparır, xüsusən bayram və mövsumi dəyişikliklər ərəfəsində daxili bazarın vəziyyətinin öyrənilməsini və idxal ilə daxili bazar münasibətlərini prioritet məsələ kimi nəzarətdə saxlayır.

Qeyd olunan malların idxalı ilə bağlı mövcud statistik məlumatların təhlili göstərir ki, kütləvi informasiya vasitələrində təqdim olunan "idxal qiymətləri" Dövlət Gömrük Komitəsinin məlumat bazasında olan sahibkarlar tərəfindən faktiki bəyan olunmuş gömrük dəyəri göstəricilərindən tamamilə fərqlənir. Məlumat üçün bildiririk ki, bir il ərzində 50-dən artıq yerli şirkətlər quru meyvə idxal etmişdir. Bu da daxili bazarda inhisarçılığın olmamasını bir daha göstərir.

Qeyd etmək lazımdır ki, malların gömrük rəsmiləşdirilməsi sahibkarlar tərəfindən gömrük orqanlarına bəyan olunan gömrük dəyəri əsasında aparılır və gömrük ödənişləri gömrük dəyəri əsasında hesablanır. Gömrük dəyəri anlayışı malın faktiki bazar qiyməti anlayışından fərqli iqtisadi kateqoriyadır və onun digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da malların faktiki satış qiymətindən fərqlənməsi tam təbiidir. Belə ki, malların satış qiyməti sahibkarlar tərəfindən müəyyən edilir və gömrük dəyəri ilə yanaşı, eyni zamanda müxtəlif gömrük ödənişlərini (gömrük rüsumları, ƏDV, gömrük rəsmiləşdirilməsinə görə yığımlar və s.) ehtiva edir. Bu qiymətlər digər iqtisadi amillərlə yanaşı, əsasən tələb və təklif arasında nisbətdən və bazarın liberallıq dərəcəsindən asılıdır. Eyni zamanda, daxili bazarda satış qiymətlərinə həmin malların təklifi ilə bağlı alıcıların rasional gözləntiləri, mövsümi dəyişikliklər, bayram öncəsi alıcılar arasında ajiotaj və s. kimi daha mürəkkəb faktorlar təsir edir.

Məsələn, cədvəldən də göründüyü kimi "badam, qabığı təmizlənmiş:" ölkəmizə idxal olunarkən gömrük orqanlarına bəyan edilən qiyməti 28 manat olduğu halda bazarlarda 18-23 manata satılır. Bu da respublikamızda yetərincə istehsal olunan badamın rəqabətdə üstünlüyü ələ alaraq bazarlarda artıq özünə yer tapması deməkdir və bu amil bir daha sübut edir ki, idxal qiymətləri satış qiymətlərinin formalaşmasında mühüm rol oynamır.

Əlavə olaraq, idxal əməliyyatları adətən malların böyük partiyalarla alqı-satqısını ehtiva edən müqavilələr çərçivəsində həyata keçirilir. Həmin müqavilələrlə müəyyən olunan qiymətlər malların daxili bazarda pərakəndə satış qiymətlərindən fərqlənir.

Novruz bayramı ilə əlaqədar DGK tərəfindən bu yaxınlarda araşdırma aparılmış və quru meyvələrin sahibkarlar tərəfindən bəyan edilən gömrük dəyəri və faktiki bazar qiymətləri arasında müqayisəli təhlil aparılmışdır. Sonuncu aparılan araşdırmaları üzrə qiymətlər aşağıdakı cədvəldə verilib:

Tarix
2016.03.03 / 19:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla