Yuxarı

Syomin: "Bakı çox dəyişib"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görkəmli Rusiya məşqçisi Yuri Syomin Rusiya KİV-rinə müsahibəsində Azərbaycanın "Qəbələ" futbol klubu ilə işlədiyi dövrdən və ölkəmizdə idmanın bu növünün inkişafına yaradılan gözəl şəraitdən danışıb. AzərTac xəbər verir ki, Yuri Syomin karyerası ərzində Moskvanın "Lokomotiv", Kiyevin "Dinamo" klublarına və bir çox digər klublara uğurla rəhbərlik edib, amma Azərbaycanda işlədiyi dövrü hələ də səmimiyyətlə xatırlayır.

- Yuri Pavloviç, 2013-cü ilin mayından 2014-cü ilin mayınadək "Qəbələ" futbol klubunun baş məşqçisi işləmisiniz. Azərbaycan haqqında nə kimi xatirələriniz qalıb?

- Ən xoş xatirələr qalıb. Bakı sovet dövründən etibarən çox dəyişib - 1970-1980-ci illərlə müqayisədə iki müxtəlif şəhərdir. İndi Bakı ultramüasir paytaxta çevrilib. Əvvəlcə "Eurovision" müsabiqəsini, sonra birinci Avropa Oyunlarını keçirib. Bu şəhərdə Avropa səviyyəli üç futbol arenası var. Yaşadığım və yerli komanda ilə işlədiyim kiçik Qəbələ şəhəri isə çox gözəl və xudmani yerdir. Orada dağ-xizək kurortu yerləşir. İlin müəyyən dövründə burada xizəklə sürüşmək olar.

- Sizin işlədiyiniz dövrdə "Qəbələ" klubu tarixi uğura imza atdı: ilk dəfə Azərbaycan Premyer- liqasının bürünc medalını qazandı və ölkə Kubokunun finalçısı oldu. Bu nəticəyə necə nail oldunuz?

- İşləməyim üçün, mən deyərdim, superideal şərait yaradılmışdı. "Qəbələ"nin mükəmməl məşq bazası Rusiya komandalarının çoxunda yoxdur. Bu bazanı bir neçə il əvvəl ingilislər tikiblər. Onun ərazisində yeddi futbol sahəsi yerləşir. Özü də onlardan yalnız biri süni örtüklüdür, qalanlarında təbii qazondur. Burada hovuz və uşaq futbol məktəbi də var. Bu məktəbdə ölkənin hər yerindən 400 uşaq təhsil alır. Gənc oyunçuları hollandiyalı məşqçi hazırlayır.

- Siz indi də Azərbaycan klublarının çıxışlarını izləyirsiniz?

- Etiraf edim ki, izləyirəm. "Qəbələ"nin rəhbərliyi ilə indiyədək ünsiyyət saxlayıram. Biz tez-tez zəngləşirik. Azərbaycan çempionatında qüvvələr nisbəti mənim üçün hələ də maraqlıdır. Bu turnirdə bir neçə güclü komanda var: Bakının "Neftçi" və "İnter", Ağdamın "Qarabağ", habelə "Qəbələ" klubları. Amma hər halda, zənnimcə, çempion tituluna hazırda ancaq iki klub - "Qəbələ" və "Qarabağ" klubları iddia edə bilərlər.

- Hazırda Azərbaycan futbolunda hansı problemlər mövcuddur?

- İlk növbədə, klublarda səriştəsiz əcnəbi oyunçuların həddindən çox olması. Amma bu problemlər hazırda Rusiyada da var. Bundan əlavə, Azərbaycan çempionatının matçlarına gələn azarkeşlərin sayı sovet dövrü ilə müqayisədə azalıb. Yadımdadır ki, ittifaq çempionatında "Neftçi"nin matçları həmişə anşlaqla keçirdi. Amma hazırda Azərbaycanda stadionlar yalnız bu ölkənin komandalarının yaxşı nəticələr göstərdiyi Avropa turnirlərinin matçlarında ağzınacan dolu olur. Məsələn, bu mövsümdə "Qəbələ" və "Qarabağ" klubları Avropa liqasının qrup raundunda oynayıblar ki, bu da tarixi nailiyyətdir. Bu oyunlarda həmin klublara bütün ölkə azarkeşlik edib. Azarkeşlərin hansı klublara üstünlük verməsi heç bir rol oynamayıb.

- Yeri gəlmişkən, Azərbaycan azarkeşləri sizdə nə kimi təəssüratlar oyadır? Hansı klubların azarkeşləri arasında barışmaz rəqabət mövcuddur.

- Məsələn, "Qəbələ" azarkeşləri üçün Azərbaycan çempionatının ən prinsipial matçları "Neftçi" və "Qarabağ" komandaları ilə görüşlərdir. "Qəbələ"nin minlərlə fanatı bu klublar ilə səfər matçlarında bizi dəstəkləməyə gəlib. Məhz bu komandalara qalib gəlməyimiz azarkeşlərimiz üçün əhəmiyyətli idi, çünki "Neftçi" SSRİ dövründə Azərbaycan futbolunun flaqmanı olub, "Qarabağ" isə hazırda ölkənin ən güclü komandasıdır. Amma ən çox azarkeşi olan klub "Xəzər-Lənkəran" komandasıdır. Bu gənc klub mövcud olduğu 10 il ərzində böyük pərəstişkarlar ordusu toplaya bilib. Çox təəssüf ki, hazırda bu klub Azərbaycan Premyer-liqasında "ölüm-dirim" mübarizəsi aparır. "Qəbələ" ilə işləyəndə "Xəzər-Lənkəran" ilə səfər oyunları həmişə anşlaqla keçirdi. Bu komandanın azarkeşləri stadionda qeyri-adi ab-hava yaradırdılar.

Tarix
2016.03.03 / 20:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla