Yuxarı

“Putin hələ də türklərdən qisas almağa çalışır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Gümrüdəki hərbi bazası və erməni ordusunu gücləndirir.

Axar.az xəbər verir ki, bu sözlər gürcü ekspert İrakli Aladaşvilinin "Kviris Palitra" qəzetindəki məqaləsində yer alıb. Onun sözlərinə görə, Rusiya-Türkiyə qarşıdurmasından nə Azərbaycan, nə də Gürcüstan kənarda qala biləcək:

"Abxaziya və Sxinvali regionunda Rusiya qoşunlarının təlimləri başa çatmaq bilmir. Rusiyanın Sxinvalidəki 4-cü ordusu və Abxaziyadakı 7-ci ordusu bu həftə yenidən əməliyyatlarını aktivləşdiriblər. Bəs Rusiya ordusu nəyə hazırlaşır? Rus generalları o qədər də axmaq deyil ki, Gürcüstan ordusunun yenidən Sxinvali regionu və Abxaziyaya hücum edəcəyini gözləsinlər. Yaxın gələcəkdə Ukrayna ordusunun da Krımı güclə qaytaracağı real deyil. SSRİ dövründən bu yana biz bilirik ki, sovet generaliteti həmişə yeni tanklar və hərbi təyyarələri düşmənə yaxın ərazidə yerləşdirməyə çalışıblar. Yeni soyuq müharibənin faktiki olaraq başladığı məqamda Moskva eyni taktikanı yenidən tətbiq edir. Rusiyanın intensiv şəkildə hərbi təlimlər keçirdiyi cənub sərhədləri yaxınlığında NATO üzvü olan Türkiyə yerləşir. Keçən ilə qədər Moskvanın onunla münasibətləri çox yaxşı idi. Hazırda iki ölkə bir-birilə qarşıdurma şəraitindədir və istisna olunmur ki, bu qarşıdurma hərbi toqquşmaya qədər çata bilər. Prezident Putin hələ də türklərdən vurulan rus bombardımançısının qisasını almağa çalışır. Əgər Suriya konflikti zonasında Rusiya və Türkiyə həqiqətən qarşıdurmaya başlasa, onun Qara dəniz və Cənubi Qafqaz regionuna keçəcəyi istisna olunmur. Strateji partnyorlar olan Azərbaycan və Ermənistan da bu savaşda yer alacaq. Görünür, Rusiya hadisələrin bu cür inkişafına hazırlaşır və özünün Krım, Abxaziya, Sxinvalidəki bazalarını yeni işğal üçün hazırlayır. Eyni zamanda Rusiyanın Gümrüdəki hərbi bazası və erməni ordusu da gücləndirilir. Əgər bu pessimist ssenari reallaşsa, təəssüf ki, Gürcüstan da bundan kənarda qala bilməyəcək".

Tarix
2016.03.04 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla