Yuxarı

Buş nədən sovet gəmisində gecələmişdi? – Məxfi tarix

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks prezidenti, SSRİ-nin keçmiş xarici işlər naziri Eduard Şevardnadzenin olduqca maraqlı və hətta sensasiya hesab oluncaq memuarından bəzi hissələri təqdim edirik. Oxuduqlarınız kiminsə fərziyyəsi yox, yaşadıqları və iştirakçısı olduğu tarixi hadisələrin heyrətamiz xronologiyasıdır.

Əvvəli

Maltada görüş və incimiş Qorbaçov...

1988-1989-cu illərdə Amerika və Sovet İttifaqı əlaqələri tam yeni bir mərhələyə daxil oldu. Bu isə, təbii olaraq, bütün dünya üçün xoş təsirə malik idi. Bu sülh prosesinin inkişafında Buş və Qorbaçovun əvvəllər baş verən hadisələrin məntiqi inkişafı olan Malta görüşü (2-3 dekabr 1989-cu il) əhəmiyyətli rola malikdir.

Biz Maltaya bir az tez, böyük bir gəmi ilə getdik və Malta rəhbərliyi ilə görüşdük. Buş, onu müşayiət edən şəxslərlə hərbi gəmi - kreyserlə bir az gec gəldi.

Dənizdə fırtına başladı. Amerika prezidentinin sahilə düşməsi üçün qayıqlar kreyserə çətinliklə yaxınlaşdırıldı. Gözlənilmədən dəmir pilləkəndə Buşun ayağı sürüşdü və azca yaralandı, amma bizim gəmiyə qədər gələ bildi. O, gecə Sovet gəmisində qaldı. Görüş də elə orada keçirildi.

Belə bir şey təsəvvüredilməz idi. Məşhur "Malta müqaviləsi" burada imzalandı. O zaman iki dövlət başçısı orada bəyan etdi ki, Amerika və Sovet İttifaqı həmin gündən bir-birinə düşmən kəsilmiş ölkələr deyil və onlar arasındakı düşmən münasibətlərinə son qoyuldu.

Burada başqaları üçün nəzərdən yayınmış, amma mənim diqqətimi cəlb edən, bəlkə də gələcəyi müəyyənləşdirən bir məqam baş verdi.

Buş və Qorbaçov nəsə bir məlumatla bağlı razılaşa bilmədi. Qorbaçov səhvi düzəltdi və "Elə deyil", - dedi. Buş isə bununla razılaşmadı: "Bu məlumat Şevardnadzedən gəlir", - dedi. Qorbaçov mənə baxdı, Buş isə əlavə etdi: "Biz Şevardnadzeyə inanırıq".

Narahatlıq doğuran vəziyyət yaranmışdı. Qorbaçov heç nə demədi, amma hiss olundu ki, vəziyyət ona çox pis təsir edib. Buş isə elə bilirdi ki, mənim üçün yaxşı addım atıb.

Mən hiss edirdim ki, Qorbaçovun mənə olan münasibəti əvvəllər olduğu kimi deyil. Sanki ürəyi məndən soyudu və uzaqlaşdı. Mənim yüksələn nüfuzum və adım onu narahat edirdi… Hətta mən vəzifədən uzaqlaşdıqdan sonra bu, onun öz dilindən çıxdı: "Şevardnadzeni vitse-prezident təyin etmək istəyirdim", - dedi. Sözün qısası, məni aktiv siyasətdən uzaqlaşdırmaq istəyirdi. Sovet İttifaqında vitse-prezidentin nə olacağını hamı bilirdi - heç bir funksiyanı yerinə yetirməyən biri (sözsüz ki, nisbətən).

Son zamanlar Qorbaçovu tanımaq olmurdu. İşə birgə başladığı köhnə həmkarları ilə də başqa cür münasibətdə idi. Məqam gözləyən qüvvələr "perestroyka"ya elə onun özündə qalib gəlirdilər. Sonradan inkişaf edən hadisələr göstərdi ki, çevriliş cəhdinə ölkəni bu münasibət sürüklədi.

Mən öz vəzifəmlə Sovet İttifaqının maraqlarını xarici ölkələrdə dəyərli göstərmək və onu inamla müdafiə etmək üçün əlimdən gələnləri əsirgəmirdim. Bu isə cavabdehliklə birgə, güclü mənəvi və fiziki yüklənməni də nəzərə alırdı. Xatırlayıram: 1988-ci ildə 16 ölkədə olmuşdum və dünyanın əsas aparıcı ölkə başçıları ilə görüşmüşdüm. Elə həmin il Moskvada müxtəlif vaxtlarda təxminən 25 ölkənin xarici işlər naziri və 40-a qədər ölkə səfiri ilə görüşmüşdüm. Onlar adi görüşlər deyildi. Onların hər birinə tərəfimdən deyilməli olan sözləri seçməli idim. Bu sözlər isə ölkəni rifaha aparmalı, düşməni dosta çevirməli idi.

Xarici İşlər naziri olduğum müddətdə öz vəzifəmi necə icra etdiyimi qoy başqaları desin, amma xarici səhnədə mənim nailiyyətlərim artdıqca, ölkə daxilində mənə müxalif olanların sayı da artırdı. Özümü tək müdafiə edirdim. Xarici İşlər naziri vəzifəsindən istefa verməyimə bir növ bu da təkan verdi. Ən əsası isə o idi ki, mən, daxili çevriliş kursuna qarşı böyük qarşıdurma görürdüm və bunu başqalarının da görməsini istəyirdim.

Ardı var...

Moderator.az

Tarix
2016.03.04 / 10:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla