Yuxarı

Bakı Tiflislə razılaşdı - Memorandum

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR və Gürcüstan hökuməti arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair memorandum imzalanıb.

APA-nın verdiyi xəbər görə, sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstan baş nazirinin müavini, Energetika naziri Kaxa Kaladze imzalayıblar.

Azərbaycandan Gürcüstana əlavə olaraq hansı həcmdə qaz nəql olunacağı hələlik məlum deyil. Lakin bundan öncə hər iki ölkənin rəsmiləri dəfələrlə bildirib ki, Gürcüstan əlavə olaraq 500 mln. kubmetr qazın nəql olunmasını istəyir.

Bundan əlavə sənədləri Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru David Tvalebeyişvili, SOCAR Gas Export-Import MMC-nin direktoru Zaur Quliyev imzalayıb.

İkinci sənəd isə Qaz alqı – satqı müqaviləsinə dəyişikliklərin edilməsi barədədir və sənədi SOCAR prezidenti və Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru imzalayıb. Bu sənədə aid həm də Öhdəliklərin icrası barədə "Zəmanət öhtəliyi" imzalanıb.

Hüquqların ötürülməsi barədə Aktı isə Rövnəq Abdullayev, SOCAR Georgia Gas MMC-nin Direktoru Azər Məmmədov və Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru imzlayıb.

Tarix
2016.03.04 / 14:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla