Yuxarı

Bakıda bu binaların tikintisi qadağan olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı rayonlarının sosial-iqtisai inkişafının sürətləndirilməsi ilə bağlı toplantı keçirilib.

Modern.az xəbər verir ki, toplantıda paytaxt rayonlarının icra başçıları da iştirak ediblər. İclasda Bakı şəhəri ərazisində bundan sonra 10 mərtəbədən yüksək binaların tikintisinin qadağan olunması ətrafında müzakirələr aparılıb. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı barədə danışılıb.

Komitə sədri Abbas Ələsgərov deyib ki, bundan sonra sahibkarlar tikinti layihələrini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırdıqdan sonra həyata keçirəcəklər. Tədbirdə Bakı şəhərinin mərkəzi rayonlarına aid eskiz layihələr də təqdim edilib.

İclasda o da vurğulanıb ki, yaşayış binalarının mövcud həyətlərində sosial infrastruktur obyektlərindən başqa tikintilərin aparılması qadağan edilməli, şəhərin tikilmiş hissəsində mərtəbəlilik 10-dan artıq olmamalıdır.

Müzakirələrdə Səbail, Nəsimi, Nərimanov, Yasamal və Pirallahı rayonlarının icra başçıları çıxış ediblər.

Tarix
2016.03.04 / 17:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla