Yuxarı

8 azərbaycanlı oğru həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də "Express bank"a məxsus ödəmə terminalından 12801 manat oğurlamış Gəncə şəhər sakini Mobil Ağayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

***

Digər oğurluq faktının üstü isə Xırdalanda açılıb.

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də və 2-də Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbdən 2500 manat və mobil telefon, 1 saylı orta məktəbdən 580 manat, Masazır qəsəbəsində yerləşən 1 saylı orta məktəbdən kompüter, qəsəbədə yerləşən Laçın rayonunun Çıraqlı kənd orta məktəbdəki seyfdən 700 manat və 2 saylı orta məktəbin inzibati binasından 2 ədəd kompüter oğurlamış Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov, Əkbər Kərimov və Namiq Həsənli tutulublar.

***

Gəncədə mağazadan oğurluq edən Azər Zeynalov yaxalanıb.

Kəpəz RPİ əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, əvvəllər məhkum olunmuş Azər Zeynalov martın 2-də həmyerlisi Ərşad Zərgərova məxsus mağazadan 300 manat, spirtli içki və tütün məmulatı oğurlayaraq oranı yandırmağa cəhd göstərib.

***

Digər cinayət isə Lənkəranda qeydə alınıb.

Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 9-da şəhər sakini İlqar Hüseynovun evindən qızıl və məişət əşyaları oğurlamış həmyerliləri Elnur Zeynalov və Ruslan Əliyev tutulublar.

***

Bakı sakinlərindən 76 manat məbləğində pul oğurlayan Turac Məmmədova saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də Ülkər Tarverdiyevaya və Şəhla Əliyevaya məxsus ümumilikdə 76 manat oğurlamış Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Turac Məmmədova tutulub.

Ondan 0,207 qram heroin götürülüb.

Tarix
2016.03.04 / 18:15
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla