Yuxarı

Rusiyanın yüksək çinliləri niyə Bakıya gəlir – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki dövlət arasındakı oturuşmuş əməkdaşlıq münasibətləri onlara imkan verir ki, regional və həm də qlobal mahiyyətə malik problemlərdə də birgə səylərlə konstruktiv gedişlər reallaşdırsınlar.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Rusiyanın yüksək səviyyəli hökumət nümayəndələrinin Azərbaycana səfərini şərh edərkən deyib.

Analitik qeyd edib ki, iki qonşu ölkənin birgə potensialı ilə xeyli işlər görülüb və gələcəkdə də görüləcək:

"Hazırda heç kəsə sirr deyil ki, günü-gündən təhdid və çağırışlar, riskli məqamlar artır. Onlarla bağlı tədbirlərin görülməsi, əks-təsirlərin olması əhəmiyyətli məsələyə çevrilir. Bölgədə Azərbaycan və Rusiya vacib ölkələr olaraq ikitərəfli əməkdaşlıq formatında təkcə özlərinə aid məsələlər deyil, həm də ümumi işlərin həllinə diqqət yetirirlər. Münasibətlərin inkişafı, sabit nizamın oturuşması yolunda vaxtaşırı danışıq və məsləhətləşmələrin keçirilməsi labüddür. Bu baxımdan qarşılıqlı səfərlərin tez-tez baş verməsi anlaşılandır. Bir də nəzərə almaq lazımdır ki, beynəlxalq əlaqələr sistemində Azərbaycan-Rysiya münasibətləri artıq pozitiv amil kimi qiymətləndirilir. Bu diqqətçəkən məqamdır".

Qeyd edək ki, dünən Rusiya Baş nazirinin müavini Dmitri Roqozin ölkəmizə səfər etmişdi. Bu gün isə Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin Bakıya gəlir.

Tarix
2016.03.04 / 21:54
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla