Yuxarı

Rus politoloq: "Əliyevin bu sözü sübut edir ki..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rusiyalı politoloq Aleksandr Karavayev Rusiya Federasiyası hökuməti sədrinin müavini Dmitri Roqozinin Bakıya səfərini şərh edib.

AzərTac xəbər verir ki, A.Karavayev deyib: "Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, Azərbaycan və Rusiya ikitərəfli münasibətlərini "strateji tərəfdaş əlaqələri" kimi dəyərləndirirlər. Əslində, belə bir tərif təkcə keyfiyyətli hökumətlərarası münasibətləri deyil, həm də məmurlar, elita və siyasətçilər arasında etibarlılıq səviyyəsini sübut edir".

A.Karavayevin sözlərinə görə, İlham Əliyev və Dmitri Roqozin bir-birini çoxdan tanıyır. Hər iki siyasətçi öz ölkələrinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbərləri olub. Həmin dövrdə Rusiya və Azərbaycan tez-tez ümumi mövqedən çıxış ediblər və bu fikir eyniliyi indi də qalmaqdadır. Politoloq deyib: "Öz "Feysbuk" səhifəsində Dmitri Roqozin Prezident İlham Əliyevin fotosunu yerləşdirib, fotonun altında belə bir qeyd var: "Dost Azərbaycanın lideri İlham Əliyevlə pozitiv danışıqların nəticələrinə aid..." Bu sözlərin arxasında nə durur? İlk növbədə, Rusiya tərəfdən həmsədri D.Roqozin olan Hökumətlərarası birgə komissiyanın fəaliyyətinin səmərəliliyi. Azərbaycan və Rusiya üçün əməkdaşlığın başlıca vəzifəsi iqtisadiyyatın şaxələndirilməsidir. Bu, onlara iqtisadi təhlükəsizliyi möhkəmləndirməyə və neft konyunkturasından asılılıqlarını zəiflətməyə imkan verəcək. Azərbaycan MDB məkanında Rusiyanın ən effektiv ticarət tərəfdaşıdır. Təkcə bunu xatırlatmaq kifayətdir ki, Rusiya maşınqayırma məhsullarının Azərbaycana ixracı cəmi bir il ərzində 62 faiz artıb. Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçıları da Rusiyanın timsalında nəhəng istehlak bazarı əldə ediblər və Qərb sanksiyalarının zərbəsini zəiflətməkdə rusiyalılara kömək ediblər".

Politoloqun fikrincə, son ayların səciyyəvi tendensiyası bu olub ki, Rusiya və Azərbaycan sırf ticari sövdələşmələrdən bir-birinin iqtisadiyyatını investisiyalaşdırmaya keçiblər. Ticarət dövriyyəsi həcminin artırılması üçün Azərbaycan biznesmenləri Rusiya ərazisində meyvə-tərəvəz məhsullarının saxlanması üzrə logistik mərkəzlər tikməyə başlayıblar. "Benkons Group" şirkəti Tatarıstanda meyvə şirəsi istehsal edəcək zavodun tikintisinə 4 milyard rubl vəsait yatırıb. "KamAZ" Gəncə avtomobil zavodunda yığma xəttini işə salıb. Hər il bu zavod 1500 yük maşını istehsal edəcək. Rusiyanın "Qazprombank"ı Azərbaycan Dövlət Neft Şirkəti üçün 420 milyon dollar kredit ayırıb. Bu vəsaitlə Sumqayıt kimya-sənaye parkında kimya zavodu inşa olunacaq. Həmin zavodda iri miqyasda polietilen və polipropilen istehsal ediləcək. Bundan əlavə, Azərbaycanda helikopter servis mərkəzinin açılması, yükgötürmə qabiliyyəti üç min ton olan ən böyük üzən kranın yaradılması, meyvə-tərəvəz və taxıl daşıyacaq "çay-dəniz" tipli universal gəmilərin bütöv seriyasının buraxılması kimi perspektivli birgə layihələr mövcuddur. Politoloq sonda deyib: "Odur ki, Azərbaycan məhsullarının Rusiyaya ixracı, həcminin artırılması üzrə böyük işlər görülür. Birgə investisiya və nəqliyyat layihələrinə isə üçüncü ölkələr – rəsmi Bakı və Moskvanın mühüm tərəfdaşları olan İran və Qazaxıstan da maraq göstərəcək".

Tarix
2016.03.04 / 22:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla