Yuxarı

Qlobal rejim çökür: Qarabağ, Abxaziya, Donbas…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaynar bölgələrdə sabitliyi pozmuş qüvvələrə qarşı məhdudlaşdırıcı tədbirlər görülməsə, müxtəlif yerlərdə yeni münaqişələr baş verəcək. Bu isə nisbətən sabit qlobal rejimi çökürdə bilər.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov danışıb. Onun sözlərinə görə, postsovet məkanında baş vermiş münaqişələr oxşar özəlliklərə malik olsalar da, onların həllində vahid bir mexanizm mümkün deyil:

"İstər Qarabağ, istər Dnestryanı, istərsə də Abxaziya, Cənubi Osetiya və Donbasda separatizm amili var və çözüm işğalçı tərəflərin dağıdıcı planlarını aradan qaldırmaqdır. Həlledici sülh mexanizmi işlənilməlidir. Bu mexanizmlər fərqli ola bilər. Çünki vasitəçilərlə maraqlı tərəflərin xüsusiyyətlərinə görə parametrlər hər bir halda müxtəlif durum yaradır. Məsələn, Dnestryanıda nizamasalma işində 5+2 formatı, Qarabağda 3 həmsədr mexanizmi tətbiq edildi. Ukraynanın Donbas bölgəsində isə Minsk razılaşması hələ ki hipotetik təsirini saxlayır".

T.Abbasov hesab edir ki, beynəlxalq institutlar ciddi tədbirlər vasitəsi ilə problemləri nəzarətə götürməlidirlər:

"Bu proses formal tərzdə tətbiq edildiyindən münaqişələr dondurulmuş hala düşür. Bu staqnasiya baş verməsin deyə, BMT, ATƏT, AŞ verbal, yəni sırf danışıqlar təcrübəsindən əməli tədbirlərə keçməlidirlər. Bunun üçün ən təsirli mexanizm vasitəsi sanksiya rejimidir. Yəni qaynar bölgələrdə sabitliyi pozmuş qüvvələrə qarşı məhdudlaşdırıcı tədbirlər görülməsə, müxtəlif yerlərdə yeni münaqişələr baş verəcək. Bu isə hələ ki, nisbətən sabit olan qlobal rejimi çökürdə bilər".

Qeyd edək ki, bir müddət öncə Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko postsovet məkanında Dağlıq Qarabağdan tutmuş Cənubi Osetiyayadək, heç bir münaqişədə Ukraynadakı vəziyyətdə nəzərdə tutulan mexanizmlərin olmadığını bildirib. "Ukraynadan başqa heç kimdə - nə Gürcüstanda, nə Azərbaycanda, nə də Moldovada belə zəmanətlər var idi. Sizə elə gəlmir ki, oyun bir qapıya oynanılır?" - deyə, "narıncı inqilab"ın lideri sual edib.

Tarix
2016.03.05 / 10:29
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla