Yuxarı

“Dedi ki, ermənilər postumuza hücum edib”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsinin bugünkü qonağı Ehtiram Əlidir. O, 1955-ci ildə Göyçay rayonunda anadan olub. Orta təhsilini Bakı şəhərində başa vurub. Birinci Qarabağ Müharibəsi veteranıdır. Ailəlidir, üç övladı var.

Məni xain kimi təqdim etdilər

- Əvvəla, sizi salamlayıram. Düşünürəm ki, sizin kimi vətənpərvər gənclərimiz var olduqca bu vətən dimdik ayaqda duracaq. Sözün düzü, mən bu günəcən görməmişəm ki, kimsə bizdən müsahibə almaq üçün xahiş edə. Amma siz - Axar.az olaraq bunu həyata keçirir və bizi sevindirirsiniz. Həyat yoluma gəldikdə isə başlayım təhsilimdən.

...Orta məktəbi bitirib, Azərbaycan Texniki Universitetinə qəbul olmuşam. Sonra Sovet ordusunda xidmət. 8 il Layihə İnstitutunda işləmişəm, sonra Milli Azadlıq Hərəkatı başladı. Biz də bir vətəndaş kimi hərəkata qoşulduq. İşlədiyim yerdə dayaq dəstəsi yaratmışdım, fəal mübarizə aparırdıq. 1990-cı il 20 Yanvar hadisəsindən sonra guya milli ədavəti qızışdıran vətəndaş kimi işdən çıxarıldım. Həmin vaxt Moskvada aspiranturanı müdafiə etməliydim, ancaq oraya məqalə yazaraq, məni xain kimi təqdim etdilər. Beləliklə, müdafiəm dayandı.

Əsgərimiz həyəcandan sarılıq tutdu

Bir gün eşitdim ki, Əfqanıstan döyüşçüsü Mehman Mustafayev Qarabağ üçün könüllü dəstə yaradır, getdim ora qoşuldum və Qarabağa yollandıq. Ancaq Qarabağla bağlı tam qərarımı rəhmətlik Xəlil Rza Ulutürkün oğlu Təbrizin dəfnində verdim. Orada çox kövrəlmişdim. Bilirsiniz, o vaxtlar milli ruh yüksək idi. Adamların qanı çoşurdu. Ulutürk öz oğlunun dəfnində bir damla göz yaşı axıtmadı və dedi ki, mənim aldığım bütün adlardan ən böyük ad şəhid adıdır, o da oğluma qismət oldu. Bu ifadə heç vaxt qulağımdan getməz. Bu sözlərdən sonra Qarabağa getməyə özümü borclu saydım. Vuruşduğum vaxtdan sonacan ən çətin günüm ilk gecəm idi. Hamı mənə deyirdi ki, bura sənin yerin deyil. Müharibənin nə qədər faciəvi olduğunu ermənilərlə ilk dəhşətli döyüşdə əsgərlərimizdən birinin həyəcandan sarılıq tutmasından bildim. Bilirsiniz, hamı könüllü gedirdi, amma orada vəziyyət fərqli idi. Nizami ordu yox idi, zabit çatışmazlığı vardı.

Onun cəngavər kimi döyüşməsi...

Komandirimiz Tofiq Oğuz idi. Bir dəfə gecə yarısı mənə dedilər ki, Tofiq bəy səni çağırır, gəlib gördüm ki, o, hazır hərbi geyimdədir. Bizə dedi ki, sizi ən çox inandığım adam kimi çağırmışam, ermənilər hücum edib bizim posta. Nə isə, bunun maşına minib getdik Şuşanın Kosalar kəndinə. Baxdıq ki, ağır döyüş gedir, özü silahıyla qabaqda getdi, biz də ardınca. Xeyli döyüşəndən sonra bir əsgərimiz şəhid oldu. Məni ən çox şəhid yox, Tofiq Oğuzun cəngavər kimi döyüşməsi kövrəltdi, qürurlandırdı. Təbii ki, şəhidimizə üzüldük, amma müharibə qurban tələb edir.

Mən döyüşə gedəndə hamıya ziyalı kimi görünürdüm və doğrudan da yazı-pozu adamıydım. Ancaq ora getdikdən sonra anladım ki, insan həyatda hər şeyi bacarmalıdır. Qısası, döyüş məni dəyişdi, nisbətən edə bilməyəcəyim şeyləri də öyrətdi. Hansı sahədə olursan-ol, kim olursan-ol, amma hər kəs bir nəfər kimi torpağı uğrunda döyüşməlidir. Orada elə döyüşlər gedirdi ki, bütün bu olanlar mənə adiləşmişdi. Şəhid görməyi adi qəbul edirdik.

Snaryad atdılar, ayağımdan yaralandım

Bir dəfə Bakıdan yeni könüllü gətirmişdilər. Gətirən günü də posta göndərmişdilər. Bunu eşitdim, etiraz edərək posta yollandım və yeni gələn əsgəri özüm əvəzlədim. Həmin əsnada da snaryad atdılar, ayağımdan yaralandım. Ancaq qan aparsa da, səsimi çıxarmadım ki, yeni gələn əsgərlərdə çaşqınlıq yaranmasın. Dedim ki, atışma dayansın, sonra məni sarıyarsınız, elə də oldu. Birgə döyüşdüyüm əsgərlər hamısı bir yerdə işləyib könüllü müharibəyə gedən adamlar idi. Bir-birimizi çox istəyirdik, canımızı qurban verərdik bir-birimizə.

Bir gün dedilər ki, iki dustağı Bakıya aparacaqsınız, amma yolda onlarla danışmayın. Yola düşdük, həmin erməniləri Bakıya gətirirdik. Ancaq bilmirdik ki, bunlar ermənidir. Yarı yolda gördük ki, danışmırlar. Bizə məlumat verildi ki, bunlar ermənidir. Qorxurdular ki, onların erməni olduğunu bilərik, əlimizdən xəta çıxar.

Bizim əsgər həmişə onlardan irəlidə olub. Çünki bizdə vətənpərvərlik hissi daha güclüdür. Çünki biz nə üçün, kim üçün vurşduğumuzu bilirdik, amma onlar nə üçün döyüşdüklərini belə bilmirdilər və qorxurdular. Gənclərimizə üzümü tutub demək istəyirəm ki, əziz gənclər, vətəni sevin. İlk əvvəl tamahınızı, nəfsinizi üstələyin. Oxuyun, təhsilinizi dərinləşdirin ki, vətənə daha yüksək səviyyədə xidmət edə biləsiniz.

Müharibə hələ bitməyib

İndi bizdə müharibə haqda çəkilən filmlərin heç birini bəyənmirəm. Düşünürəm ki, keyfiyyətsiz, gərəksiz ekran əsərləridir. Mən rejissor olsam, heç nə çəkməz, lazımı vaxtı gözləyərdim. Axı bu gün biz nəyi çəkək? Biz qalib deyilik axı, bizim müharibə hələ bitməyib, hələ olanlar olacaqlar.

1992-ci ildə tərxis olundum, yenidən sivil həyata ayaq uydurmağa çalışdım. Bu gün veteran kimi 50 manat alıram. Başqa heç bir imtiyazdan yararlanmıram. Vətən sağ olsun...

Tarix
2016.03.08 / 09:38
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla