Yuxarı

Kənan Hacı: “Öləngi”dən sonra qorxdum...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Bir abzas" layihəsində hər hansı ədəbiyyat adamı haqda həmkarlarının fikirlərini təqdim edirik. Layihənin üçüncü qonağı "Yad dildə" romanı ilə Milli Kitab Mükafatı və III Nəsimi Milli Kitab müsabiqəsinin birincisi olmuş yazıçı Pərviz Cəbrayıldır.

Şair, yazıçı Kənan Hacı Pərviz Cəbrayıl haqda fikirlərini bir abzasa sığdırmağa çalışıb:

"Biz sözün əlində əsir-yesir olmuş adamlarıq, o söz ki, bizim ömrümüzü günbəgün, saatbasaat, dəqiqəbədəqiqə, saniyəbəsaniyə yeyib-tükədir. Mən bu yola haçan düşdüm, necə düşdüm, hansı sözün sehri məni bu sevdaya saldı, uzun və dolaşıq söhbətdir. Amma bir onu bilirəm ki, çox-çox illər bundan əvvəl Pərvizin "Öləngi" adlı romanını oxumuşdum və belə demək mümkünsə, o əsərdə sözün necə əndazədən çıxdığını (əlbəttə, yaxşı mənada), necə gərildiyini, sərtləşdiyini görmüşdüm. Burulğan kimi fikirlər mənim də düşüncəmi alt-üst etmişdi. Açığı, ondan sonra mən bir az sözdən qorxdum, çəkindim. Pərviz sözü o qədər uzaqlara, bizim hələ bələd olmadığımız, tanımadığımız yerlərə aparıb çıxarmışdı ki, o sözə çatmaq da, o sözü ötüb keçmək də mənə müşkül görünürdü. Bu haqda çox danışa bilərəm. Çox-çox illər sonra biz Pərviz Cəbrayılla bir süfrə arxasında oturub bir qismət çörək kəsəndə də, dərdimizi-sərimizi bölüşəndə də düşünmüşəm ki, bizi görüşdürən qismətin bir adı da elə sözdür. Pərvizi mənə sevdirən onun sözə namusla yanaşmasıdır, sözə aşırı məsuliyyətidir. Tale onu uzaqlara apardı, amma söz onu yenə bizə qaytardı. Bizə - ədəbiyyata. "Məryəm surəsi"nin yolunu gözləyirik. Dediyim o sözə aşırı məsuliyyət hissi çoxdan yazdığı romanın da yolunu uzadır. Pərviz çox narahat adamdır və bəlkə də bu onun ən gözəl rahatlığıdır. Yaradıcı adamlar üçün bu, təbii haldır. Pərvizin həyat tərzinə çevrilmiş o "rahatlığı" ədəbiyyata gözəl əsərlər bəxş edib və etməkdədir. Dost haqqında danışmaq olduqca çətindi. O da ola Pərviz kimi dost haqqında! Pərviz haqqında düşünəndə ağlıma ilk olaraq bu fikirlər gəldi".

Tarix
2016.03.09 / 10:34
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla