Yuxarı

İlham Əliyev 3 mühüm görüş keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, bu yaxınlarda İran İslam Respublikasına uğurlu səfərini məmnunluqla xatırlayan dövlət başçısı səfərin gözəl nəticələr verdiyini deyib və ölkələrimiz arasında əməkdaşlığa dair ikitərəfli 12 sənədin imzalanmasının önəmini qeyd edib.

Prezident İlham Əliyev bütün sahələri əhatə edən əməkdaşlığımızın hazırda sürətlə inkişaf etdiyini bildirib. İran və Azərbaycan sərhəd xidmətləri arasında əlaqələrin artıq böyük tarixə malik olduğunu vurğulayan dövlət başçısı İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayinin ölkəmizə səfərinin bu əlaqələrə yeni təkan verəcəyini bildirib.

Prezident İlham Əliyev ölkələrimizi və xalqlarımızı böyük tarixin birləşdirdiyini deyib. Dövlət başçısı hazırda ölkələrimizin beynəlxalq çağırışlara qarşı birgə fəaliyyət göstərdiklərini qeyd edib, iki ölkənin Sərhəd Xidmətinin fəaliyyətinin əlaqələndirilməsinin genişləndirilməsinin və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayi Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin ölkələrimizin Sərhəd xidmətləri arasında əlaqələrin inkişafına verdikləri dəstəyin önəmini vurğulayıb. O, Prezident İlham Əliyevin İrana son səfərini və səfər zamanı məhsuldar görüşlərin keçirildiyini məmnunluqla qeyd edib. Qasım Rzayi yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimizin sərhəd xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi işinə təkan verəcəyini bildirib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlersi qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun yaxşı ənənəyə çevrildiyi və tədbirə olan marağın ildən-ilə artdığı vurğulanıb. Forumda müzakirə edilən məsələlərin əhatə dairəsinin getdikcə daha da genişləndiyi və aktuallığı ilə diqqəti cəlb etdiyi bildirilib. Tədbirin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkan yaratdığı qeyd edilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın11-də Finlandiya Respublikasının sabiq Prezidenti xanım Tarya Haloneni qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsindən məmnunluq ifadə edilib. Forumun artıq aparıcı beynəlxalq müzakirə məkanları ilə eyni sırada dayandığı vurğulanıb. Tədbirdə müzakirə edilən məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyi əminliklə qeyd olunub.

Tarix
2016.03.11 / 13:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla