Yuxarı

“Bakı dünyaya mühüm ismarıclar verir” – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının son zamanlar bir sıra önəmli tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın dünyada strateji tərəfdaşlığın inkişafında oynadığı roldan xəbər verir.

Bu sözləri Axar.az-a IV Qlobal Bakı Forumunun fəaliyyətə başlamasını şərh edən millət vəkili Asim Mollazadə deyib. Deputat forumun Bakıda ənənəvi formada keçirilməsinin ölkəmiz üçün bir fürsət olduğunu deyib:

"Azərbaycan təkcə sivilizasiyalararsı dialoq deyil, əməkdaşlıqlar üçün də müəyyən bir şərait yaradır. Bakının son zamanlar bir sıra önəmli tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın dünyada strateji tərəfdaşlığın inkişafında oynadığı roldan xəbər verir. Qarşıdurmalar, dünyanı təhdid edən təhlükələrin qarşısını almaq üçün birgə fəaliyyət mütləqdir. Bu forumların əhəmiyyəti sülh şəraitinin formalaşmasıdır. Azərbaycan çox istərdi ki, dünyanın fərqli mədəniyyətlərinə malik xalqlar imperiya və dinlər arası savaşdan məhz əməkdaşlığa gedən yolu seçsinlər. Çünki hazırkı dünyanın qlobal problemlərinin həlli də məhz bu yoldan keçir. Çoxqütblü sistemin formalaşmasına gəldikdə isə hansısa qüvvələrin güc mərkəzinə çevrilmə iddiaları puça çıxacaq. Dünya məhsulunu daha yüksək texnologiyalarla emal edən ölkələr hər zaman üstünlüyə malik olacaqlar. IV Qlobal Bakı Forumu Azərbaycan üçün öz problemlərinin həlli baxımından bir fürsətdir. Rəsmi Bakı öz baxışları ilə dünyanın tanınmış siyasi liderlərinə mühüm ismarıclar verə bilər. Bu forum Qarabağ probleminin dünyaya daha yaxşı izahı üçün mühüm siyasi divident deməkdir".

Qeyd edək ki, Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumu keçiriləcək. Forumda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan Prezidentləri iştirak edəcək. Bundan başqa, 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir.

Tarix
2016.03.11 / 14:04
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla