Yuxarı

Prezident Rusiya Sərhəd Xidmətinin rəhbəri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişovu qəbul edib.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev Vladimir Kulişovun ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığımızın gündəliyində duran məsələlərin müzakirəsi və birgə fəaliyyətin əlaqələndirilməsi baxımından məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirib.

Dövlət başçısı iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayıb. Əməkdaşlığın daha da dərinləşdirilməsinin önəmini qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu, öz növbəsində həm insanların ünsiyyət qurmalarına və ticarət aparmalarına, iş adamlarının əlaqələri genişləndirmək üçün sərhədi maneəsiz keçmələrinə, həm də cinayətkar elementlərin, qaçaqmalçıların, terrorçuların, narkotik alverçilərinin qarşısının alınması işinə xidmət edə bilər. Dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının sərhəd xidmətlərinin qarşısında ümumi məqsəd və vəzifələrin durduğunu, birgə səylərin gücləndirildiyini məmnunluq hissi ilə qeyd edərək qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsinin önəmini vurğulayıb.

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov Prezident İlham Əliyev ilə əvvəlki görüşlərini məmnunluqla xatırladıb. Vladimir Kulişov azərbaycanlı həmkarları ilə görüşlərinin həm Rusiyada, həm də Azərbaycanda mütəmadi olaraq keçirildiyini qeyd edib. O, iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın və birgə fəaliyyətin konstruktiv xarakter daşıdığını deyib. Vladimir Kulişov ölkələrimizin sərhəd xidmətləri arasında təmasların təkcə rəhbərlik səviyyəsində deyil, eyni zamanda, ekspertlər səviyyəsində də keçirildiyini bildirərək bunun sərhəddəki şəraitə nəzarət edilməsi, ayrı-ayrı qanun pozuntularına cəhdlərin qarşısının alınması və davamlı sərhəd təhlükəsizlik sisteminin formalaşdırılmasında önəmli rol oynadığını vurğulayıb.

Tarix
2016.03.11 / 14:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla