Yuxarı

Nazir: “Qarabağ” xoşuma gəlir, “Neftçi” isə…”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Doğrudan da, bu, böyük şərəfdi. Amma hansısa şərh verə bilmərəm. Çünki yeni seçilmişəm, birinci iclasda iştirak etmişəm. Ancaq inanıram ki, biz yavaş-yavaş Azərbaycan futbolunu da inkişaf etdirərik".

Apa-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

AFFA-nın bu gün keçirilən Hesabat-Seçki Konfransında qurumun İcraiyyə Komitəsinə üzv seçilən Məmmədyarov bildirib ki, planlardan danışmaq hələ tezdi:

"Çünki yeni seçilmişəm. Qoy, bu işlərlə daha yaxından tanış olum. Rövnəq müəllim təklif etmişdi ki, gəlin, ölkə futbolunu birlikdə qaldıraq. Mən də ilk növbədə Azərbaycan futbolunun həvəskarıyam. Yəqin bilirsiz ki, Bakıda olanda yığma və klublarımızın oyunlarını canlı izləyirəm".

Məmmədyarov azarkeşi olduğu klubların da adlarını açıqlayıb. Son dəfə "Qəbələ"nin oyununu izləyən nazirin sözlərinə görə, o, ölkənin bütün komandalarına azarkeşlik edir: "Qarabağ" xoşuma gəlir. "Neftçi" vaxtında da yaxşı oyun göstərirdi. Amma indi bir qədər çətinlik çəkir. Ümumiyyətlə, Azərbaycan futbolunun azarkeşiyəm".

İcraiyyə Komitəsinin yeni üzvü Xarici İşlər Nazirliyi ilə yanaşı, burada da təmsil olunmaqda hansısa problem görmür: "Çalışarıq ki, hər iki işi yerinə yetirək. Axır vaxtlar futbolumuzda, xüsusilə klub səviyyəsində inkişaf gedir. "Qarabağ" və "Qəbələ" artıq Avropa Liqasının qrupunda oynayıb. İnanıram ki, belə getsə yayda o biri klublar da onların yolu ilə gedəcək. "Zirə" çox yaxşı oyun göstərir. "Qarabağ"ı da, "Qəbələ"ni də qeyd edərdim. Əlbəttə ki, bir az vaxt lazımdı. Amma avrokubok yarışlarında iştirak üçün təcrübə məsələsi də var. Düşünürəm ki, düz yol seçiblər. İnşallah, mövsümün sonunda Azərbaycan klubları Çempionlar Liqasında da iştirak edərlər".

Tarix
2016.03.11 / 14:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla