Yuxarı

AMEA-da yay-qış vaxtı ilə bağlı gərgin müzakirə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Rəyasət Heyətinin bugünkü iclasında Azərbaycan ərazisində yay-qış vaxtına keçid məsələsinin müzakirəsinə həsr olunan iclas keçirilib.

Axar.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin ölkədə yay-qış vaxtına keçilməsi ilə bağlı xüsusi tapşırıq verdiyini qeyd edərək AMEA alimlərini bu məsələ haqqında fikirlərini bölüşməyə dəvət edib.

Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək bir neçə il öncə respublikada yay-qış vaxtlarına keçirilməsinə son qoyulması ilə bağlı qərar qəbul olunduğunu bildirib. Bu məsələ ilə bağlı dünya ölkələri təcrübəsindən danışan alim 78 ölkədə vaxt keçidinin baş verdiyini, 161 ölkədə isə heç bir dəyişikliyin olmadığını diqqətə çatdırdı. Azərbaycan ərazisinin ölçü vahidinin "km"lə olmasının da bu məsələyə təsir etdiyini vurğulayıb.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev 2010-cu ildə Azərbaycan ərazisində yay-qış vaxtlarına keçidlə əlaqədar apardığı araşdırmalardan söz açaraq, bununla bağlı iqtisadi, sosial-psixoloji və siyasi faktorlardan danışıb. Vaxt dəyişikliyi zamanı qonşu ölkələr arasında problemlərin yarandığını, yol qəzalarının artdığını, təyyarələrdə gecikmələrin müşahidə olunduğunu diqqətə çatdıraraq qeyd edib ki, Avropanın əksər ölkələrində, o cümlədən Afrika, Cənub-Şərqi Asiya ölkələrində bu kimi keçidlər həyata keçirilmir.

Zoologiya İnstitutunun direktoru İlham Ələkbərov çıxış edərək yay-qış vaxtlarına keçidin bioloji baxımdan o qədər də əhəmiyyət daşımadığını deyib. Bu məsələ ilə əlaqədar astronomik vaxt faktorunun əsas götürüldüyünü vurğulayıb.

Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Azərbaycan ərazisində yay-qış vaxtlarına keçid məsələsi ilə bağlı bir neçə dəfə müzakirələrin aparıldığını, lakin konkret nəticəyə gəlinmədiyini bildirib. Azərbaycanın şimaldan-cənuba cəmi 4 dərəcə, qərbdən də şərqə 5 dərəcə dəyişdiyini qeyd edərək, bu faktın nəzərə alınmasının vacibliyini önə çəkib.

Fizika İnstitutunun şöbə müdiri Kamil Qurbanov da mövzu ilə əlaqədar fikirlərini bölüşərək ölkədə cari vaxtın saxlanılmasının tərəfdarı olduğunu qeyd edib.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli isə hazırki vaxtın saxlanılmasının məqsədəuyğun olduğunu, bunun iqtisadi, o cümlədən mənəvi-psixoloji baxımdan böyük əhəmiyyət daşıdığını deyib.

Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək əlavə edib ki, Azərbaycanda çox sayda monitorinq sistemləri var ki, bu sistemlər qrenviç vaxtı ilə işləyir. Onun sözlərinə görə, monitorinq sistemlərinin işində problemlərin yaranmaması üçün cari vaxtı saxlamaq lazımdır.

Sonda AMEA prezidenti A.Əlizadə də cari vaxt hesabını saxlamağın məqsəduyğun olduğunu vurğulayaraq qəbul edilən qərarların elmi cəhətdən əsaslandırılması və bu barədə məlumatın Prezident Administrasiyasına göndərilməsi barədə tapşırıq verib.

Tarix
2016.03.11 / 17:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla