Yuxarı

NEZ üçün növbəti müqavilə imzalandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 11-də SOCAR-ın baş ofisində Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zavod ilə "Amec-Foster Wheeler/SOCAR-Foster Wheeler" alyansı arasında İlkin Detallı Layihələndirmə (FEED) işlərinin icrası ilə əlaqədar FEED müqaviləsinin imzalanma mərasimi keçirilib.

Axar.az Dövlət Neft Şirkətinin saytına istinadən məlumat verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, "Amec-FW" şirkətinin Cənubi Avropa üzrə prezidenti, SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsinin İdarə Heyətinin üzvü Marko Moresko, hər iki şirkətin rəhbər nümayəndələri iştirak ediblər.

R.Abdullayev qonaqları salamlayaraq, H.Əliyev adına NEZ-də həyata keçiriləcək yenidənqurma işlərinin əhəmiyyətindən danışıb, layihələndirmə və tikinti işlərinin mərhələli olaraq 2019-2020-ci illərdə həyata keçiriləcəyini qeyd edib. SOCAR prezidenti yenidənqurma mərhələsinə daxil olan qurğular üzrə lisenziar şirkətlərlə müqavilələrin imzalandığını və texnoloji layihələndirmə paketlərinin hazırlanma işlərinin artıq yekunlaşmaq üzrə olduğunu söyləyib.

"Amec-FW" şirkətinin Cənubi Avropa üzrə prezidenti M.Moresko layihənin növbəti mərhələsi olan İlkin Detallı Layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə yenidənqurma layihələrində böyük təcrübəyə malik "Amec-FW" və SOCAR-FW Mühəndis Xidmətləri Alyansının FEED podratçı qismində işlərə cəlb edilməsindən məmnunluğunu ifadə edib.

Daha sonra sənədin imzalanma mərasimi keçirilmişdir. Müqaviləni Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılov, "Amec-FW" şirkətinin kommersiya əməliyyatları üzrə direktoru Enzo Cioviale və SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov imzalayıblar.

Qeyd edək ki, "Amec-FW" artıq SOCAR-ın STAR layihəsində əvvəlcə FEED podratçı qismində, hazırda isə PMC qismində işlərə cəlb edilib. Eyni zamanda "Amec-FW" SOCAR ilə yaradılan birgə müəssisəsi vasitəsilə NQENKK layihəsində bir sıra mühəndislik işləri həyata keçirib, H.Əliyev adına NEZ-də isə ilkin mühəndislik işləri görüb. Birgə müəssisənin yaradılmasında əsas məqsəd yüksək ixtisaslı yerli kadrların hazırlanmasıdır. Birgə müəssisənin Azərbaycanda cəlb olunduğu bütün layihələrdə yerli kadrlar üçün "Amec-FW" şirkətinin Milan ofisində təlimlər təşkil olunur.

Tarix
2016.03.11 / 18:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla