Yuxarı

Ağdamda ermənilər darmadağın edildi - Təfərrüat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun Ağdamda ermənilərə endirdiyi zərbələrin təfərrüatları məlum olub. ANS-in məlumatına görə, Ermənistan ordusunun hava hücumundan müdafiə sistemi məhv edilib.

Azərbaycan Silahlı Qüvvələri Ağdam rayonu istiqamətində – Ermənistan ordusunun cəbhənin dərinliyindəki obyektinə zərbə vurub.

Qarşı tərəfin hərbi hissənin nəzarət məntəqəsi tamamilə sıradan çıxarılıb.

Martın 10-dan 11-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələri cəbhənin dərinliyində yerləşən ermənilərin Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissəsini darmadağın edib.

Hücum nəticəsində hərbi hissənin istifadəsində yer alan P-18 və P-19 radiolokasiya stansiyaları, habelə bu stansiyaların enerji təminatını həyata keçirən dizel generatoru məhv edilib, hərbi hissənin nəzarət məntəqəsi tamamilə sıradan çıxarılıb. İlkin məlumatlara görə, ən azı 15 hərbi qulluqçu həlak olub.

Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin Ağdam istiqamətində, təmas xəttindən kifayət qədər aralıda yerləşən erməni mövqelərinə "misli görünməmiş zərbələri" haqda açıqlama yayıb və bildirib ki, 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasından bəri belə hal qeydə alınmamışdı.

Qeyd edək ki, Müdafiə Nazirliyi cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısının alındığını açıqlayıb.

Düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib. Nəticədə Ermənistan Ordusunun təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Cəbhə xəttində ermənilərin təxribatı ilə bağlı Azərbaycan xarici işlər nazirliyi də açıqlama verib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribat-diversiya əməllərinin törədilməsi, iriçaplı silahlar, o cümlədən qumbaraatan, minaatan və digər ağır atəş vasitələri tətbiq edilməklə, atəşkəs rejiminin intensiv şəkildə pozulması mütəmadi xarakter daşıyır.

XİN rəsmisi deyib ki, Ermənistan qoşunların təmas xətti boyunca mülki Azərbaycan əhalisinin kütləvi şəkildə yaşadığını bildiyi halda, məsuliyyətsiz şəkildə, qəsdən ağır atəş vasitələri ilə mülki şəxslər və onların mülkiyyətini hədəfə alır.

Tarix
2016.03.11 / 23:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla