Yuxarı

Kirayə mənzil bazarında kəskin ucuzlaşma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son ay ərzində kirayə mənzil bazarında təklif edilən bir otaqlı mənzillərin orta təklif qiyməti 195 $/ay təşkil edib ki, bu da ötən yanvar ayı ilə müqayisədə 1,6% çoxdur.İkiotaqlı mənzillərdə isə aylıq dəyişmə -2% qeydə alınıb, bazarda təklif edilən orta kirayə qiyməti ay üzrə 300 $-dır.

Oxu.az xəbər verir ki, bu barədə "MBA Group" konsaltinq şirkətinin fevral ayı üzrə açıqladığı hesabatında bildirilib.

Hesabata görə, kirayə mənzil bazarında təklif edilən qiymətlərdə -4% azalma müşahidə edilib:

"Bakı şəhərində üçotaqlı kirayə mənzillərin aylıq qiyməti 420 $/ay təşkil edib ki, bu da öz növbəsində ötən ayla müqayisədə 1,2% bahadır.

Ümumilikdə çoxotaqlı mənzillərdə qeydə alınan qiymət azalmasını da nəzərə alaraq, aparılan araşdırmalar nəticəsində kirayə mənzil bazarında təklif edilən qiymətlərdə -4% azalma müşahidə edilib".

Şirkətdən verilən məlumata görə, ötən ay kirayə mənzil bazarında təklifin həcmi 10%-ə yaxın artıb:

"Ümumilikdə kirayə mənzil bazarında təklif həcmi 9,4% artıb. Son yanvar ayında ümumi təkliflərin sayı 305 olduğu halda, bu rəqəm fevral ayında 333 təşkil edib.

Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 20% çoxalıb. Son bir il ərzində bazara satış üçün təklif edilən təkrar yaşayış mənzillərinin maksimal həcmi 2015-ci ilin sentyabr ayında qeydə alınıb".

Hesabata görə, birotaqlı mənzillərdə ən çox təklif olunan qiymət diapazonunu 150$-200$ arasında, ikiotaqlı mənzillərdə isə ən çox təklif 220$-320$ qiymət aralığında olan mənzillərdə qeydə alınıb:

"Birotaqlı mənzillərdə ən çox təklif olunan qiymət diapazonunu 150$-200$ arasında qeydə alınıb. Bu qiymət diapazonunda olan birotaqlı mənzillər bu seqment üzrə təklif portfelinin 49,3% təşkil edib.

İkiotaqlı mənzillərdə isə ən çox təklif 220$-320$ qiymət aralığında olan mənzillərdə qeydə alınıb. Bu diapazonda olan mənzillər ikiotaqlı mənzillərin ümumi təklif payının 32,5%-ni əhatə edir.

Bazara təklif edilən üçotaqlı mənzillərin təklifində 280$-380$ qiymət aralığında olan mənzillər 30,5% ilə üstünlük təşkil edib".

Bundan başqa, şirkətdən verilən məlumata görə, ötən aylarda olduğu kimi bu ay da, təklif edilən mənzillərin əksər hissəsi Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 68,9%-ə bərabər olub.

Təklif üzrə ən az paya sahib olan rayonlar isə Xəzər və Suraxanı rayonları qeydə alınıb.

Tarix
2016.03.11 / 23:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla