Yuxarı

İstefaya göndərildiyi deyilən general danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov istefaya göndərilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

O, Lent.az-a açıqlamasında deyib ki, bu xəbələr həqiqəti əks etdirmir.

Həsən Şirinov deyib ki, bütün günü işdə olub. O, istefası barədə xəbərlərin qərəzli şəkildə yayıldığını bəyan edib.

Qeyd edək ki, bəzi saytlarda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinovun yaşı ilə əlaqədar istefaya göndərildiyi barədə məlumatlar yayılıb.

Həsən Şirinov 1980-ci ildən daxili işlər orqanlarında çalışıb. Müxtəlif illərdə Nəsimi, Xətai və Xanlar rayon yol polisi bölmələrinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polis İdarəsinin rəisi, Azərbaycan Respublikası DİN BDYPİ-nin rəis müavini vəzifələrində çalışıb.

1994-cü ildən 2010-cu ilə qədər Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi vəzifəsində işləyib. Daha sonra isə Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, generallar müvafiq yaş həddinə çatdıqda onların iş qabiliyyəti, işi davam etdirmək arzusu, fiziki imkanları, səhhəti nəzərə alınır.

Tarix
2016.03.11 / 23:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla