Yuxarı

Vasif Talıbov nazirliyin səlahiyyətlərini artırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri artırılıb.

APA-nın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"də müvafiq dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən bundan sonra Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi torpaqların münbitliyinin bərpası və artırılması sahəsində dövlət proqramlarını hazırlayacaq və aidiyyəti orqanlarla birlikdə onları həyata keçirəcək, torpaqların eroziyadan, şorlaşma, şorakətləşmə və müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, torpaqların münbitliyinin bərpası və artırılması layihələrini razılaşdırır və aidiyyəti təşkilatlar tərəfindən həmin layihələrin yerinə yetirilməsinə nəzarət edəcək, torpaqların monitorinqinin aparılması üzrə işləri və tədbirləri aidiyyəti orqanlarla birlikdə təşkil edəcək, torpaqların münbitliyinin monitorinqi haqqında məlumat bankı yaradacaq, münbitlik xassələrini itirmiş torpaqların müvəqqəti əkin dövriyyəsindən çıxarılmasına (konservasiyasına) dair təkliflər verəcək, torpaqların münbitliyinin bərpası və artırılması üzrə investisiya proqramlarının ekspertizasını həyata keçirəcək, gələcəkdə həmin sahələrin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi barədə təkliflər verəcək. Eyni zamanda nazirlik torpaq ehtiyatlarından istifadə olunması üzrə layihələrin dövlət ekoloji ekspertizasını aparacaq, müvafiq dövlət və bələdiyyə orqanları ilə birlikdə torpaq, aqrokimya, geobotanika və digər axtarış işlərinin aparılmasında iştirak edəcək, muxtar respublika ərazisində aparılan torpaqların monitorinqi işlərinin nəticələri haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə məlumat verəcək, torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələrin hazırlanmasında iştirak edəcək.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə torpaqların monitorinqi, münbitliyinin bərpası və artırılması fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi işlərinin maliyyələşdirilməsinə dair təkliflər hazırlamaq, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə rəy vermək, dövlət meşə fondu torpaqlarının sərhədlərinin pozulması hallarının qarşısının alınması məqsədi ilə bu torpaqlarla həmsərhəd dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi zamanı həmin torpaqların dövlət meşə fondu torpaqları ilə sərhəd xətlərinin dəqiqləşdirilməsində iştirak etmək, torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə həyata keçirilən faydalı qazıntıların hasilatı, aqrokimyəvi, meşə-meliorasiya, geoloji-kəşfiyyat və axtarış işlərində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması sahəsində müvafiq tədbirlər görmək səlahiyyətləri də verilib.

Tarix
2016.03.12 / 00:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla