Yuxarı

“Yeni razılaşma Türkiyəni AB-yə aparmır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-AB arasında uzun sürən danışıq və məsləhətləşmələr sırf iki tərəfin maraqlarına aiddir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Türkiyə-AB arasında miqrant axını ilə bağlı əldə olunan razılaşmaya münasibət bildirərkən deyib. Politoloq qeyd edib ki, Azərbaycanın AB ilə öz əlaqələri var:

"Azərbaycanın özünün Avropa Birliyi ilə münasibətləri var və bu çərçivədə bəzi oxşar məqamlar mövcuddur. Türkiyə müəyyən irəliləyiş etdi. AB ilə viza rejiminin sadələşdirilməsi bu ölkəyə müəyyən yüngüllük gətirəcək. Lakin əsas məsələ - yəni, Türkiyənin AB-yə qəbul edilməsi hələlik ciddi və ümidverici təminat yaratmır. Zənn edirəm ki, 50 ildən artıq davam edən danışıqlar hələ də davam edəcək. Çünki Ankaranın Birliyə qəbulunu istəməyən nüfuzlu qüvvələr var".

Analitik vurğulayıb ki, Qarabağ məsələsi ilə bağlı Türkiyə daim Azərbaycanın haqlı tələblərini dəstəkləyb:

"Bu elə siyasi yardım anlamına gələn münasibətdir. Lakin Ankara vasitəçilik formatında təmsil olunmamasına görə tövsiyəverici münasibət bildirə bilər. Rəsmi Brüssel Minsk Qrupunun fəaliyyətinə müsbət yanaşır. Ankara özü də hələ ki, bu formatı silməyə tələsmir. Odur ki, bu problemin kontekstində dəyişikliklər baş verəcəyi halda yeni müzakirələr və cəhdlər baş tuta bilər".

Tarix
2016.03.12 / 08:30
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla