Yuxarı

İldə 500 min adam öldürən qrip

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda qrip mövsümi olduğu üçün bu dövrlərdə hamilə xanımlar əhalinin sıx olduğu qapalı məkanlardan uzaq olmalıdırlar. Tərkibində C vitamini bol olan meyvə və tərəvəzlərdən istifadə və günlük ən azı 10 stəkan maye qəbul edilməlidir.

Bu sözləri Axar.az-a mama-ginekoloq Nərmin Qəribova yazqabağı hamilə qadınların qripə yoluxma risklərindən danışarkən deyib.

Onun sözlərinə görə, xüsusi ilə ağır qrip epizodları olan dövrlərdə hamilə qalmağı planlayan və hamiləliyin ilk üç ayını tamamlamış xanımlar qripə qarşı peyvənd olunmalıdırlar:

Əgər hamilə qadın qripə yoluxubsa, halsızlıq, yorğunluq, burun-boğaz ağrıları, temperatur, əzələ ağrıları ola bilər. Düşünülənin əksinə qripin anadan dölə yoluxması və hamiləlik dövründə hansısa fəsad törənməsi gözlənilən hal deyil. Ancaq anada temperatur 38 dərəcədən artıqdırsa, şiddətli öskürək (ağciyərlərin prosesə qoşulması) hamiləliyin gedişatına problemlər yarada bilər.

Əgər hamilə qadında temperatur 38.5 dərəcədən enməzsə və bu proses bir neçə gün davam edərsə, mütləq şəkildə həkimə müraciət edilməlidir.

Müalicədə əsas şərt bunlardır:

İstirahət edilməli, bol maye qəbul etməli, burun tıxanması zamanı duzlu su və ya dəniz suyu gün ərzində bir neçə dəfə istifadə edilməli. Müalicə prosesində antibiotikə ehtiyac yoxdur.

Qeyd edək ki, qrip bütün dünyada mövsümi epidemiya şəklində yayılır və hər il orta hesabla 250.000 ilə 500.000 nəfər arasında insanın ölümünə səbəb olur.

Tarix
2016.03.12 / 09:42
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla