Yuxarı

ABŞ-da ermənipərəst qətnamə rədd edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Havay Ştat Senatı erməni lobbisinin təhriki ilə gündəliyə gətirilən anti-Azərbaycan xarakterli iki qətnaməni rədd edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, 2016-cı ilin 10 mart tarixində Ştat Senatında irəli sürülmüş bu qətnamələr qəbul olunacağı təqdirdə, Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qondarma DQR-i "müstəqil dövlət" kimi tanıyacaq və onun "müstəqilliyinin güclənməsi" üçün ABŞ-ın Federal Hökumətinə və ABŞ Konqresinə çağırış edəcəkdi.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu bu barədə məlumat əldə etdikdən dərhal sonra Havay Senatının rəhbərliyi, qətnamələrin müəllifləri və digər senatorlar ilə əlaqə saxlamış, bütün qanunvericilərə rəsmi məktublar ünvanlayıb, Ermənistanın Azərbaycan torpaqlarını işğalı, həmçinin, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı aydın mövqeyi barədə onları məlumatlandırıb.

Bunun nəticəsində, Ştat Senatının rəhbərliyi 11 mart tarixində rəsmi bəyanat verərək, Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə edib və Havay Ştat Senatının bu qətnamələri qəbul etməyəcəyini diqqətə çatdırıb.

Rəsmi bəyanatın verilməsindən sonra, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Havay Ştat Senatının rəhbərliyi ilə yenidən əlaqə saxlayaraq, belə prinsipiallığa və ədalətli mövqeyə görə onlara təşəkkür edib.

Tarix
2016.03.12 / 09:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla