Yuxarı

Nazir polkovniki döyən polisləri işdən qovdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir polkovniki döyən polisləri işdən qovdu

Daxili İşlər naziri Ramil Usubov fevralın 24-də Suraxanı rayonu ərazisində Müdafiə Nazirliyinin (MN) polkovniki Mehman Yusifova güc tətbiq etdiyi iddia edilən polis əməkdaşlarını işdən çıxarıb.

Axar.az-a daxil olan məlumata görə, hadisə ilə əlaqədar polkovnik Mehman Yusifovun Suraxanı rayon 33-cü polis bölməsinə martın 3-də etdiyi şikayətini DİN nəzarətə götürüb. Hadisə araşdırıldıqdan sonra isə nazir Ramil Usubov hər iki yol polisinin işdən çıxarılması barədə qərar verib.

Suraxanı Rayon Prokurorluğundan fakt təsdiq edilib və işdən azad olunan polis əməkdaşları barədə istintaqın davam etdirildiyi bildirilib.

Xatırladaq ki, DYP müfəttişləri fevralın 24-də saat 23:00-da Yeni Günəşli qəsəbəsinin Beşinci yaşayış sahəsi yaxınlığında "Mersedes" 99 FX 239 dövlət nömrə nişanlı avtomobili idarə edən MN-in polkovniki Mehman Yusifovu saxlayıblar.

Polislər polkovnikə yol hərəkəti qaydalarını pozduğunu, polkovnik isə bunun əksini sübut etməyə çalışıb. Bu zəmində polis əməkdaşları ilə Yusifovun arasında münaqişə yaranıb. Münaqişə zamanı polislərin M.Yusifova xəsarət yetirdiyi bildirilir.

Baş verən hadisə ilə əlaqədar polkovnik martın 3-də 33-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

Hazırda iş Suraxanı Rayon Prokurorluğunda araşdırılır.

Tarix
2016.03.17 / 11:38
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Dünya niyə Əli Kərimlini müdafiə etmir? - Mühüm səbəb

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla