Yuxarı

Jirinovskidən təklif: “Gündüz uçun”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Jirinovski gecə vaxtı Rusiya üzərindən uçuşları qadağan etməyi təklif edib.

ANS-in məlumatına görə, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) Vladimir Jirinovski bu barədə "Rus xəbərləri xidməti" verilişində deyib. O, bu qənaətə ötən gecə Rostov-Don aeroportunda təyyarənin qəzaya uğramasından sonra gəlib.

"Bütün qəzalar adətən gecə olur, avtobuslar da, təyyarələr də gecə qəzaya düşürlər. Odur ki, gündüz uçun. Çalışın, gündüz 12-dən tez uçuş etməyin. Xüsusən də avtobusla yola düşənlər ehtiyatlı olsunlar. Çünki sürücülər avtobusu həm sürətlə idarə edirlər, həm də gecə yuxulu olurlar. Qatarda 3 növbə var. Odur ki, o, daha təhlükəsizdir", - deyə o bildirib.

Bu gecə Dubaydan Rusiyaya gələn sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə vaxtı təyyarədə 62 nəfər olub. Onlardan 55-i sərnişin, o cümlədən 4-ü uşaq, 7-si isə heyət üzvü olub.

Qəza bütün sərnişinlərin və uçuş heyətinin ölümü ilə nəticələnib. Hadisə Dubaydan uçan "Boeinq-737-800" tipli sərnişin təyyarəsi Rostov-Don şəhər aeroportuna enərkən baş verib.

Qəzaya səbəb kimi pis hava şəraitinə görə təyyarənin eniş zolağından kənara düşməsi göstərilir.

Tarix
2016.03.19 / 17:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla