Yuxarı

Millət vəkili ön cəbhədə - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Novruz bayramı münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirib.

Axar.az xəbər verir ki, ilk öncə hərbi hissənin komandiri çıxış edərək hərbçi və əsgərləri Novruz Bayramı münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb. Əsgərlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva əsgər və zabitləri xalqımızın ən qədim və müqəddəs bayramlarından olan Novruz bayramı münasibətilə təbrik edib və ən xoş arzularını bildirib. Millət vəkili Qənirə Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. "Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq. İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edək.

Öz evlərindən zorla qovulmuş məcburi köçkün bacı və qardaşlarımız öz evlərində bayram süfrələrini qura bilsinlər. Bax bu bayram tonqallarını Cıdır düzündə yandıraq", - millət vəkili deyib. Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və rayon ictimaiyyətinin nümayəndələri də çıxış edərək bütün əsgər və zabit heyətini Novruz bayramı münasibətilə təbrik ediblər.Daha sonra millət vəkili Qənirə Paşayeva və rayon icra hakimiyyəti başçısı T. Zeynalov xidmətdə fərqlənən əsgər və zabitlərə bayram hədiyyələri təqdim edib. Sonda hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.Millət vəkili Qənirə Paşayeva və digər qonaqlar əsgər və zabitlərlə birlikdə nahar ediblər. Sonra tədbir bədii hissə və konsert proqramı ilə davam edib.

Millət vəkili Q.Paşayeva rayon icra hakimiyyəti başçısı T. Zeynalov ön cəbhədə əsgər və zabitlərimiz üçün yeni tikilən və müasir standartlara cavab verən tikililər və yaradılan yüksək şəraitlə də tanış olublar və əsgər və hərbiçilərimizlə geniş fikir mübadiləsi aparıblar.

Tarix
2016.03.21 / 01:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla