Yuxarı

Müdafiə Nazirliyi “güllələnən əsgər” olayına niyə susur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabr ayının 26-da Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə dəhşətli hadisə barədə "Axar.az" olaraq xəbər vermişdik. Hərbi hissənin əsgəri Cəmil Elxan oğlu Hüseynzadə tabeçiliyində olduğu zabit və 5 əsgər tərəfindən ölümcül döyüləndən və güllələnəndən sonra kanala atılıb.

Hadisə ilə bağlı xəbər yayılan dəqiqədən indiyə qədər Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayev ilə bir neçə dəfə telefonda danışdıq. Danışıqlarımızı vaxtına görə sıralayırıq:

  1. 31 oktyabr axşam saat 18:30-da: Teymur Abdullayev bildirdi ki, iş vaxtı olmadığından danışa bilməyəcək: "sabah tezdən zəng edin".
  2. 1 noyabr saat 09:30-da Teymur Abdullayevin cavabı: "Saat 10-da planlaşma olacaq və ondan sonra bu məsələ ilə bağlı danışaram".
  3. Saat 12:00-dur, iki saatdır mayor Abdullayevlə əlaqə qurmağa çalışırıq. Mətbuat xidmətinin şəhər nömrələrindən "510-59-02" nömrəli telefonla əlaqə saxlamağımızı istəyirlər. Həmin nömrə "avtocavablayıcıya" keçirilib, avtomat rus dilində cavab verir.

Anlaşılmır ki: Ordunun əsgəri bir zabit və 5 əsgər tərəfindən döyüldüyünü və güllələndiyini bildirir, əsgərin valideynləri ictimaiyyətə haray çəkir, amma Ordu ilə bağlı bu inanılmaz olaya Müdafiə Nazirliyi açıqlama vermək istəmir.

Tarix
2013.11.01 / 12:06
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla